“Pandemiya tullantılarını” toplayanlar
Marneulili süpürgəçilərin iş günü günəş batdıqdan sonra başlayır. Süpürgəçilərin bir qismi küçələri gecə yarı, saat 1-2-də təmizləməyə başlayırlar. Bir qismi isə səhər açılmasını gözləyir və səhər saat 5-6-da işləməyə başlayır.

Marneulili süpürgəçilərin əsas problemi küçəyə atılmış zibildir. Onlar bildirirlər ki, şəhərin küçələrində çox sayda zibil qabı olmasına baxmayaraq, tullantıların əksəriyyəti yollara atılır.

“Bura Marneulidir, burada mədəniyyət yoxdur. Zibili eyvandan, pəncərədən atırlar. Biz isə toplamalı oluruq. Nə edək, təmiz olmalıdır. Yola əsasən maskalar atılır”, – süpürgəçi bildirdi.

Yola atılmış tullantılarla yanaşı sahibsiz itlər də süpürgəçilərə problem yaradır.

Daha ətraflı↓


Print Email
FaceBook Twitter Google