“Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma
Fondu artıq 1 ildir ki, xeyriyyə işlərini davam
etdirir.
Bir qrup inanclı xanımların təşəbbüsü ilə təşkil olunan bu fonda
200 nəfərə yaxın könüllü yardımsevər vətəndaşlar (ayda azı 5-10
lari olmaqla) daima yardım köçürürlər. Bu günə qədər ümumilikdə 40
min larilik xeyriyyə işləri həyata keçirilib”, – fondun rəhbəri
Laləzar İbrahimova illik hesabatı təqdim edərkən bildirib.
O, qeyd edib ki, fond yarandığı gündən məhz toplanan ianələr
hesabına bir sıra xeyriyyə işləri həyata keçirib.
"Onlarla kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və
hədsiz yoxsul ailələrə ümumilikdə 500 ərzaq paketi təqdim edib. 50
Nəfərə yaxın imkansız xəstənin müalicəsinə və ya dərmanlarının
alınmasına kömək edib. 30 aztəminatlı ailələrin uşaqlarını paltar,
məktəb çantaları və dərs ləvazimatları ilə təmin edib. Evləri
olmayan və ya qəza vəziyyətində olan 6 ailənin evlərinin müəyyən
təmir işlərinə yardım əli uzadıb və 10 yoxsul ailənin evlərinin
isitməsinə yardımçı olub. Fond yeni ildə, Qurban və Ramazan
bayramında da yoxsul ailə və uşaqları hədiyyələrlə
sevindirir."
“Zəhra Ana” fondunun rəhbəri yardım edənlərə və bu yolda zəhməti
keçən hər bir kəsə dərin minnətdarlığını bildirib.