Marneuli uşaq bağçaları üçün 2 189 lari dəyərində un, manna yarması və yulaf alıblar
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi sadələşdirilmiş qaydada 2 189 lari dəyərində ərzaqlar alıb. 225 kiloqram buğda unu, 142 kiloqram manna yarması, 129 kiloqram qarğıdalı unu və 81 kiloqram yulaf fərdi sahibkar Qiorqi Qiorqadzedən alınıb.
  • 1 kiloqram buğda ununun qiyməti – 3,50 lari
  • 1 kiloqram manna yarması – 3,50 lari
  • 1 kiloqram qarğıdalı unu – 4,50 lari
  • 1 kiloqram yulaf – 4 lari
“Qida məhsulları yüksək keyfiyyətli, yeni, ekoloji baxımdan təmiz olmalıdır. Təhvil veriləcək ərzaqlar “Uşaqların məktəbəqədər təhsil müəsissələrində qida təşkilatının, sanitar qaydaların və normaların təsdiqlənməsi haqqında texniki reqlamentə”, Gürcüstan hökuməti sərəncamının tələblərinə uyğun olmalıdır. Qida məhsullarının üyüdülməsi və qablaşdırılması onun keyfiyyətini, təhlükəsizliyinin qorunmasını təmin etməlidir. Məhsulu verən məhsulla bağlı çatışmazlıq, səhv qablaşdırma və ya daşınma olan halda alıcı qarşısında məsuliyyət daşıyır”, – tenderdə qeyd olunub.

Marneuli Uşaq Bağçaları Birliyi qeyd olunan məhsullardan başqa, 622 577 lari dəyərində məhsul alıb. Şirkətlər müqavilə bağladıqdan 2023-cü ilin 30 iyununa qədər Marneuli Uşaq Bağçaları Birliyinə mərhələli şəkildə tələbə uyğun olaraq məhsulları verməli olacaqlar.

Print Email
FaceBook Twitter Google