Marneulidə bir nəfər qanunsuz odlu silah gəzdirmə ittihamı ilə saxlanılıb (VİDEO)
Marneulidə bir nəfər qanunsuz odlu silah gəzdirmə ittihamı ilə saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü A.M. saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərindən şəxsi yoxlama nəticəsində maddi sübut kimi 1 ədəd tapança və 5 ədəd patron götürüblər.

Bundan başqa Daxili İşlər Nazirliyi Tbilisi və regionlarda müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14 nəfəri də saxlayıblar. Saxlanılan şəxslərdən müxtəlif odlu silah və patronlar ələ keçirilib.

Cinayətə görə 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

DİN-in məlumatına görə, odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və daşınması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.


Print Email
FaceBook Twitter Google