Marneulidə 16 yaşlı məktəbli qızı evlənmək məqsədi ilə qaçırılıb
7 iyun tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 16 yaşlı məktəbli qızı evlənmək məqsədi ilə qaçırılıb. Məlumata görə, hadisə yeniyetmə qız səhər saatlarında evdən məktəbə gedərkən baş verib.

Media vasitələrində yayılan məlumatda qeyd olunub ki, yeniyetməni qaçıran 25 yaşlarında gəncdir. Qızı qaçıran və ona kömək edən şəxsin polis tərəfindən saxlandığı bildirilir.

Hazırda məktəbli qız ailəsinə qaytarılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almağa çalışırıq.

Print Email
FaceBook Twitter Google