Polis Marneulidə yetkinlik yaşına çatmamış qızın evlənmək məqsədi ilə qaçırılması faktı ilə bağlı 2 nəfəri saxlayıb (VİDEO)
12:06 / 08.06.2023
Polis Marneulidə yetkinlik yaşına çatmamış qızın evlənmək məqsədi
ilə qaçırılması faktı ilə bağlı 2 nəfəri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Marneuli Rayon Şöbəsinin əməkdaşları isti izlərlə aparılan
əməliyyat nəticəsində 1994-cü il təvəllüdlü C.H. və 1981-ci il
təvəllüdlü Q.A.-nı yetkinlik yaşına çatmamış şəxsə qarşı qrup
şəklində törədilmiş azadlıqdan qeyri-qanuni məhrum etmə ittihamı
ilə saxlayıblar.
Törədilmiş cinayətə görə 7 ildən 10 ilə qədər həbs cəzası nəzərdə
tutulur.
İstintaq nəticəsində aydın olub ki, cari ilin 7 iyun tarixində
Marneuli bələdiyyəsinin kəndlərindən birində C.H. evlənmək məqsədi
ilə 2007-ci il təvəllüdlü S.K-nı azadlıqdan qeyri-qanuni şəkildə
məhrum edib. Həmin cinayətdə hazırda müttəhim olaraq saxlanılmış
Q.A-da iştirak edirmiş.
Polis isti izlərlə aparılan əməliyyat nəticəsində qaçırılmış qızın
yerini müəyyən edib.
Hüquq-mühafizə orqanının əməkdaşları C.H. və Q.A-nı müttəhim
qismində saxlayıblar.
Yetkinlik yaşına çatmamış şəxsin əvvəlcədən razılaşma ilə qrup
tərəfindən azadlıqdan qeyri-qanuni şəkildə məhrum edilməsi faktı
ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü
bəndinin “a” və “d” bəndləri ilə istintaq aparılır.