Tsalkada Artsivani kəndinin dövlət məktəbinin direktoru Pridon
Davitadzeyə nazirlik yalnız siniflərə müqəddəs su çilədiyinə görə
xəbərdarlıq edib.
“Daxili audit və Təhsil Nazirliyi direktora xəbərdarlıq
edib ki, bir daha belə hal olmasın.
Bu adam heç direktor da deyil, əvəzləyicidir. İndi müsabiqə elan
olunub və bu şəxs artıq iştirak etmir”, – Tsalka
Resurs Mərkəzinin rəhbəri Arsen Cmukhadze
“Batumelebi”yə
bildirib.
Artsivani kəndinin ictimai məktəbində tədris prosesində siniflərə
müqəddəs su çilənərək xeyir-dua verilib ki, buna da məktəbin bəzi
müəllimləri etirazını bildirib.
“Gürcüstanın ümumi təhsil qanunu”na əsasən, “dövlət
məktəbində tədris prosesindən dini təlqin, prozelitizm və ya
məcburi assimilyasiya məqsədləri üçün istifadə etmək
yolverilməzdir”.
Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinə ikinci dəfə
direktor seçkiləri elan edib. İkinci mərhələdə 7 namizəd Artsivani
dövlət məktəbinin direktoru olmaq arzusunu bildirib.
Məktəbin direktoru qəyyumlar şurası tərəfindən seçilməlidir.
Qəyyumlar Şurası Nazirlik tərəfindən təklif edilən namizədlərdən
hər hansı birini iki dəfə seçə bilmədikdə, direktor Nazirlik
tərəfindən təyin edilir.