Xaricilər Gürcüstanda hansı sahələr üzrə oxuyurlar?
2023-2024-cü tədris ili üçün Gürcüstanın ali təhsil müəssisələrində ümumilikdə 30 701 əcnəbi təhsil alır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 632 min tələbə çoxdur. Məlumatı Milli Statistika Xidməti yayıb.

Ən çox əcnəbilərin təhsil aldığı fakültələrin siyahısına gəlincə, bu belədir:
  • Səhiyyə və sosial təminat - 27 750 tələbə
  • Sosial elmlər, biznes və hüquq - 1392 tələbə
  • Elm - 850 tələbə
  • Mühəndislik, istehsalat və tikinti sahələri - 330 tələbə
  • Humanitar və incəsənət - 249 tələbə
Ümumilikdə, 2023-2024-cü tədris ili üçün Gürcüstanın ali təhsil müəssisələrində tələbələrin sayı 177,8 min nəfər təşkil edib ki, bu da əvvəlki tədris ilindən 10,2% çoxdur. Tələbələrin ümumi sayının 59,1 faizi dövlət ali təhsil müəssisələrində, 40,9 faizi isə özəl ali təhsil müəssisələrində təhsil alır. Tələbələrin ümumi sayının 51,2 faizini qadınlar, 48,8 faizini isə kişilər təşkil edir.
Mənbə: BPN
Print Email
FaceBook Twitter Google