Rustavidə Milli Qida Agentliyinin Ərzaq Təhlükəsizliyi Xidməti mağazaları cərimələyib
Rustavidə Milli Qida Agentliyi dekabrda monitorinqlər zamanı 3 obyekti cərimələyib.

Kvemo Kartli regional qida təhlükəsizliyi departamentinin rəhbəri Miranqula Liparteliani “Info Rustav”a bildirib ki, ötən ay 30 obyektdə ümumşəhər yoxlamaları aparılıb, 41 obyektdə sənədləşdirilmə aparılıb.

Sahibkarlar qeydiyyatsız fəaliyyət göstərdiklərinə, saxlama müddəti ötmüş ərzaq məhsullarını bazara çıxardıqlarına, ilkin istehsalın izlənilməsi ilə bağlı tələblərə əməl etmədiklərinə görə cərimələniblər.

Ümumilikdə, Kvemo Kartlidə 86 obyektdə yoxlama, 172 obyektdə sənədli yoxlama aparılıb, 14 obyektdən nümunələr götürülüb, 12 obyekt cərimələnib.

Burada qeyd edək ki, Milli Qida Agentliyi qurumların adını bildirməkdən çəkinir.

Məlumat üçün bildirək ki, kritik uyğunsuzluq insan və heyvan həyatı və sağlamlığı üçün yüksək risk yaradan uyğunsuzluqdur və bu uyğunsuzluq aradan qaldırılana qədər konkret istehsal prosesinin müvəqqəti dayandırılması üçün əsasdır.

Print Email
FaceBook Twitter Google