Qadın özünü keçmiş baldızına kişi adı ilə təqdim edib və onun şəxsi fotolarını paylaşıb - istintaq
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, keçmiş baldızına özünü kişi adı ilə təqdim edən və onun şəxsi fotolarını paylaşan 2000-ci il təvəllüdlü qadın ifşa edilib.
“İstintaq müəyyən edib ki, 2023-cü ildə “İnstagram” sosial şəbəkəsində saxta profildən istifadə edərək 2000-ci il təvəllüdlü qadın qisas almaq məqsədilə özünü keçmiş ərinin bacısına kişi adı ilə təqdim edib və etibar qazanıb.
Zərərçəkmiş kişi adı ilə saxta profillə söhbət edən keçmiş gəlininə göstərilən saxta profildə çılpaq bədəninin foto və videolarını göndərib.
Bu yolla təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmişin şəxsi həyatının sirrini əks etdirən foto-video materialı qanunsuz olaraq əldə edib saxlayıb, daha sonra onun adını sındırmaq məqsədi ilə həmin materialı zərərçəkmişin yaxınlarına yayıb”,
- deyə məlumatda bildirilir.

İstintaqın məlumatına görə, təqsirləndirilən qadının barəsində məhkəmənin qərarı əsasında aparılan şəxsi yoxlama zamanı onun mobil telefonundan zərərçəkmişin çılpaq bədənini əks etdirən foto-video material götürülüb.

Qadın şəxsi həyatın toxunulmazlığını pozmaqda - 7 ilə qədər həbs cəzası nəzərdə tutulan cinayətdə ittiham olunub.

Bundan başqa, istintaqa əsasən, dostunun keçmiş sevgilisinin intim məzmunlu foto və videolarını qanunsuz əldə edib yaymış 20 yaşlı gənc də saxlanılıb.

Mənbə: Publika



Print Email
FaceBook Twitter Google