Bu gün, 18 mart tarixində Marneuli İctimai Kollecində baharın
gəlişi ilə əlaqədar olaraq bayram şənliyi keçirildi.
Kollecdə baş tutan tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur
Darğalı, Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov,
keçmiş deputat Ruslan Hacıyev, QHT nümayəndələri, tələbələr,
müəllimlər, valideynlər və dəvət olunmuş qonaqlar iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, bələdiyyə
məclisinin deputatı Mahir Bayramov qonaqları salamladı və qeyd etdi
ki, Novruz bayramı azərbaycanlıların ən önəmli bayramlarından
biridir. Buna görə də gənclərin maarifləndirilməsi üçün bu cür
tədbirlərin keçirilməsi vacibdir. O, ümid edir ki, gənclər adət
ənənələrini gələcək nəslə ötürülməsi üçün əllərindən gələni
əsirgəməməlidirlər.
Daha sonra səhnəyə keçəl və kosa çıxdı. Onlar da öz növbəsində
tədbir iştirakçılarını salamladılar və qonaqlarla yumurta
döyüşdürdülər.
Şənlikdə iştirak edən Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ənənəvi olaraq
hər yerdə Novruz bayramı şənlikləri keçirilir. Onun sözlərinə görə,
o, çox şaddır ki, bu cür tədbirlərdə iştirak edir.
“Bu gün Marneuli kollecində Novruz şənliyində iştirak
etdim. Mən çox şadam ki, burda gənclər tərəfindən çox rəngarəng
proqram hazırlanmışdı. Fürsətdən istifadə edib hər kəsi Novruz
bayramı münasibəti ilə təbrik edirəm. Ənənəvi olaraq Marneulidə
ayın 21-i böyük bayram şənliyi keçiriləcək. Bütün Marneuliləri və
bütün millətimizi bu bayram şənliyinə dəvət
edirəm”.
Marneuli İctimai Kollecinin meneceri Ləman Bayramova tədbirdə
iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi və qeyd etdi ki,
kollecdə hər il Novruz bayramı təntənəli şəkildə keçirilir.
“Bu bayramı qeyd etmək hər birimizin borcudur. Bayramı
gələcək nəsillərə əzbər şəkildə öyrətməkdənsə, təntənəli şəkildə
keçirmək daha yaxşıdır. Bu formada keçirməklə gənclərin yaddaşında
daha yaxşı qalacağını düşünürəm. Qarşıdan gələn bayram münasibəti
ilə hər kəsi təbrik edirəm”.
Tədbir konsert proqramı ilə davam etdi. Konsert proqramında
“Sarvan” folklor rəqs qrupunun rəqsləri, kollecin tələbələrinin
hazırladığı şeir və mahnılar ifa olundu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415