Tbilisidə Novruz bayramının gəlişi ilə əlaqədar olaraq "Novruz Festival"ı keçiriləcək
20 mart tarixində Tbilisidə Novruz bayramının gəlişi ilə əlaqədar olaraq "Novruz Festival"ı keçiriləcək. Festival M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü, Tbilisi meriyasının, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə baş tutacaq.

Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı səfirlikdən məlumat verilib.

Məlumata görə, şənlik Tbilisi şəhərinin mərkəzində, Abanotubani küçəsində (Heydər Əliyev parkının yanı) keçiriləcək.

"Gürcüstandakı azərbaycanlı icmasının Novruz adət-ənənələrinin, milli rəqslər, mahnılar və mətbəximizin geniş təqdimatı olacaq bu tədbir 20 mart 2024-cü il tarixində saat 13:00-da başlayacaq, saat 18:00-dək davam edəcəkdir. Bayram şənliyində həmçinin Novruz Bayramının qeyd olunduğu Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri də öz xalqlarının Novruz ənənələrini nümayiş etdirəcəklər.

Novruz Bayramı şənliyində Aşıq Nargilə, “Sarvan” rəqs qrupu, Xırdalan Musiqi Məktəbinin ansamblı, eləcə də “Ceyran”, “Buta”, “Çıraqdani”, “Qvirila” ansamblları, müğənnilər Nikos Bandi, Oto Bazeraşvili, Dito Kitsişvili, həmçinin bir çox digər ifaçılar da çıxışlar edəcəklər",
– səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 21-də qeyd olunacaq.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google