Marneuli bazarında 19 mart tarixində Novruz bayramı ərəfəsi
məhsulların qiymətlərində dəyişikliklər müşahidə olunur.
Satıcılar qiymətlərin bahalaşdığını və alıcıların sayının az
olduğunu söyləyirlər.
“Elə də alıcı yoxdur. Bayrama xeyli vaxt qalmış gəlib
alırlar. Əvvəlki vəziyyətlə, indiki vəziyyət arasında çox fərq var.
Bir neçə il bundan əvvəl hər şey ucuz idi və çox sayda da alıcı
müşahidə olunurdu. İndi isə qiymətlər bahalaşıb və alıcıların sayı
azalıb”, - “Marneuli” radiosu ilə söhbəti zamanı
satıcı Famil Sarıyev bildirdi.
Bundan əlavə, bazarın daxilində işləyən satıcılar bazarın xaricində
işləyən satıcılardan şikayətlənirlər. Onlar qeyd edirlər ki, hər ay
bazara vergi ödəyirlər, ancaq gəlir əldə edə bilmirlər.
“Mən burada, bazarın daxilində satış edə bilmək üçün
hər ay 165 lari vergi ödəyirəm. Onlar xaricdə olduqları üçün
alıcılar oradan alırlar və buraya gələn olmur. Maşınlar da keçə
bilmirlər. Onlar satırlar amma biz hələ heç nə sata bilməmişik.
Onlar vergi ödəmirlər, biz isə hər ay vergi ödəyirik, əvəzində heç
nə sata bilmirik”, - satıcılardan biri qeyd etdi.
Bazarda bu günə, 19 mart tarixinə olan qiymətləri sizlərə təqdim
edirik.
- 1 kq qoz ləpəsi - 23-28 lari.
- 1 kq yer fındığı - 15 lari
- 1 kq ağ kişmiş - 15 lari
- 1 kq badam ləpəsi - 25-35 lari.
- 1 kq fındıq ləpəsi - 25-35 lari
- 1 kq alma - 5 lari
- 1 kq üzüm - 8 lari
- Ananas - 13 lari
- 1 kq xiyar - 6 lari
- 1 kq pomidor - 6 lari
- Kələm - 1 lari
Bununla yanaşı, bazarda Novruz xonçaları düzəltmək üçün səbətləri
və səməniləri də görmək olar. Fərqli formalarda olan səbətlərin
qiyməti 45-50 lari, fərqli ölçülərdə olan səmənilərin qiyməti isə 4
laridən başlayır və 15 lariyədək davam edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415