Tbilisi metrosunun birinci xəttində sərnişinlərin hərəkəti müvəqqəti olaraq dayandırılacaq

Tbilisi Nəqliyyat Şirkətindən verilən məlumata görə, Tbilisi metrosunun birinci xəttində baş vermiş texniki nasazlıq səbəbindən Axmeteli metrostansiyasından Quramişvili metrostansiyasına sərnişindaşıma qısa müddətə dayandırılacaq.


Qatarlar Quramişvili metrostansiyasından Varketili metrostansiyasına və əksinə hərəkət edəcək.

“Saburtalo xəttinə gəlincə, sərnişin xidmətləri adi qaydada davam edəcək. Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir", - məlumatda deyilir.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google