Martın 26-dan 27-si səhərədək Gürcüstanda yağış, güclü qar yağacağı, yüksək dağlıq ərazilərdə çovğun olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava ilə bağlı məlumat dərc edib.

Agentliyin məlumatına görə, martın 26-dan 27-si səhərədək Gürcüstanda yağış yağacağı, qərbi Gürcüstanın bəzi rayonlarında güclü külək, həmçinin qərb istiqamətindən güclü küləklər əsəcəyi, yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar və çovğun olacağı gözlənilir.

Dənizdə 3-4 ballıq tufan dalğası mümkündür.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstan çaylarında gözlənilən yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə, dağlıq ərazilərdə uçqunların yaranmasına səbəb ola bilər.

Güclü qar yağması, çovğun, görüntünün zəifləməsi və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google