Parlamentə baxılmaq üçün layihə təqdim edilib ki, bu da dini azlıqlara mənsub insanlara öz dini bayramlarında istirahət etmək imkanı verilməsini nəzərdə tutur
Parlamentə baxılmaq üçün layihə təqdim edilib ki, bu da dini azlıqlara mənsub insanlara öz dini bayramlarında istirahət etmək imkanı verilməsini nəzərdə tutur.

“Əmək Məcəlləsi”nə və parlamentin reqlamentinə nəzərdə tutulan dəyişiklikləri parlamentin müxalifətçi deputatı Tariel Nakaidze hazırlayıb.

Nakaidzenin qanunvericilik təşəbbüsünü nəzərə alaraq, işçinin "Əmək Məcəlləsi" ilə nəzərdə tutulmuş istirahət günlərindən əlavə, öz dini bayramını (pravoslav bayramları istisna olmaqla) qeyd etmək üçün ildə iki əlavə istirahət günü istifadə etmək hüququ vardır.

Əsasnaməyə təklif olunan dəyişikliyə gəlincə, dini bayramlarını qeyd etdiyinə görə iclasları buraxan digər konfessiyalardan olan deputatların həmin gün sessiyada iştirak etməməsi üzürlü hesab olunacaq və maaşlarından 10 faiz tutulmayacaqlar.

Qanun layihəsi Büronun bu gün keçiriləcək iclasında təqdim olunacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google