Numbeo 202 şəhərin orta trafik vaxtını, məsafəsini və əsas
nəqliyyat indeksini hesablayıb.
Gürcüstan şəhərləri arasında isə yalnız Tbilisi siyahıya daxil
edilib. Paytaxtın hərəkət indeksi 145,7 təşkil edərək reytinqdə
117-ci yeri tutub.
Tədqiqat müəlliflərinin yazdığı kimi, Tbilisidə hər bir sərnişin
işə və ya məktəbə səyahət nəticəsində ildə təxminən 692 kq CO2
əmələ gətirir.
"Bu karbon emissiyalarını tarazlaşdırmaq üçün kifayət
qədər oksigen istehsal etmək üçün hər sərnişinə təxminən 32 ağac
lazımdır".
Tbilisidə hər bir vətəndaş evdən işə və ya məktəbə gündə orta
hesabla 9,6 km məsafə qət etmək üçün müxtəlif nəqliyyat
vasitələrinə təxminən 40,66 dəqiqə sərf edir. Müxtəlif nəqliyyat
vasitələri üçün orta vaxt aşağıdakı kimi bölüşdürülüb: Tbilisidə
gəzinti üçün orta vaxt 48,33 dəqiqə (6,45 km), avtomobillə səyahət
üçün 26,42 dəqiqə (9,85 km), avtobusla - 47,47 dəqiqə (11,56 km),
velosiped - 9 dəqiqə (2 km.), metro ilə 54.07 dəqiqə (14.43
km.).
Numbeonun araşdırmasında oxuduğumuz kimi, Tbilisidə işə/məktəbə
əsas nəqliyyat vasitələri bunlardır: avtomobillə (28,17%), piyada
(25,35%), avtobusla (23,93%), metro ilə (9,86%), velosipedlə.
(2,82%), respondentlərin 9,86%-i isə evdən işləyir.