Gürcüstanda 860 mindən çox şəxsin kimliyini təsdiq edən sənədi yoxdur
Gürcüstanda 860 918 nəfərin şəxsiyyətini təsdiq edən sənədi yoxdur.

Bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi parlamentin deputatı Tina Bokuçavanın sorğusuna cavabında bildirib.

Qeyd olunub ki, 18 mart 2024-cü il tarixinə olan vəziyyətə görə, ümumilikdə 3 milyon 138 min 447 nəfərin aktiv elektron şəxsiyyət vəsiqəsi var, 402 min 347 nəfərin isə Gürcüstan vətəndaşı pasportu olsa da, şəxsiyyətini təsdiq edəcək başqa sənədi yoxdur. Nə Gürcüstan vətəndaşı pasportu, nə elektron şəxsiyyət vəsiqəsi, nə də qeyri-elektron şəxsiyyət vəsiqəsi olan vətəndaşların sayı isə 860 918 nəfərdir ki, onlardan 169 531-i böyüklər, 691 387-si isə həddi-büluğa çatmamış şəxslərdir.

Bundan başqa, agentliyin məlumatına görə, 210 153 Gürcüstan vətəndaşının qeyri-elektron şəxsiyyət vəsiqəsi var, amma Gürcüstan vətəndaşı pasportu yoxdur.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google