Faiq Quliyev Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib
Gürcüstanda 1989-cu il 9 Aprel hadisələrindən 35 il ötür. Bu gün Gürcüstanın dövlət və hökumət rəsmiləri, vətəndaşlar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.

"Cari ilin 9 aprel tarixində Səfir Faiq Quliyev Gürcüstan Parlamentinin binasının önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə əklil qoymuş və ölkənin müstəqilliyi uğrunda dünyasını dəyişənlərin xatirəsini ehtiramla yad etmişdir", – məlumatda qeyd olunub.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tbilisidə baş verən faciədən 35 il ötür. Həmin gün sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.

1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3 500 nəfər kimyəvi qazdan zəhərlənib.

Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.

Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial abidə önündə anılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google