BGMİ-nin üzvləri 9 aprel faciə qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyublar (FOTO)
Ötən illərdə olduğu kimi bu gün də Bütün Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri və ruhanilərdən ibarət nümayəndə heyəti Parlament binasının qarşısında 9 aprel faciəsinə qurbanlarına xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

İdarə bununla bağlı "Facebook"da məlumat paylaşıb.

"9 aprel Gürcüstan tarixində faciə və "Dövlət Müstəqilliyi Aktı" günüdür. Təəssüf ki, 1989-cu il aprelin 9-da ölkənin müstəqilliyi uğrunda mübarizə vətəndaşlarımızın həyatı bahasına başa gəldi. Bu hadisədən 2 il sonra ölkəmizdə "Dövlət Müstəqilliyi Aktı" qəbul edildi.

Bu gün Bütün Gürcüstan Müsəlman İdarəsinin rəhbərləri 1989-cu il aprelin 9-da vətən uğrunda canlarından keçmiş, ölkəmizin müstəqilliyinin memarları olan qəhrəmanların xatirəsini bir daha ehtiramla yad ediblər. Ulu Tanrıdan diləyirik ki, milli qəhrəmanlarımızın adlarını yaddaşlarımızda ədədiləşdirsin və onların xatirəsini vahid, güclü, suveren dövlətdə əbədi yaşatmağı hər birimizə nəsib etsin! Amin!",
– paylaşılan məlumatda deyilir.

Qeyd edək ki, 9 aprel Gürcüstanın tarixində iki vacib hadisəni– 1989-cu ilin faciəsi və 1991-ci ildə müstəqilliyin bərpasını birləşdirir. Rus ordusu tərəfindən Tbilisidə 21 nəfərin öldürülməsi ümumi tabesizliyə səbəb oldu. Nəticə isə Gürcüstanın müstəqilliyinin bərpası ilə başa çatdı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google