Rustavidə nə qədər insanı heyvan dişləyib?
Ötən ay, mart ayında Rustavi Mərkəzi Xəstəxanasında şəhərin və ona yaxın yaşayış məntəqələrinin inzibati sərhədlərindən heyvanlar tərəfindən 241 nəfərin dişləmə-cızma faktı qeydə alınıb, bu səbəbdən xəstələrə peyvənd vurulub.
Peyvənd olunmuş xəstələrin 63-ü 15 yaşa qədərdir.

Şəhər mərkəzi xəstəxanasının quduzluqla mübarizə şöbəsinin həkimi İrakli Canqulaşvilinin “İnfo Rustaviyə” verdiyi məlumata görə, dişləmə və cızma hallarının əksəriyyəti, 220 hadisə sahibi olan heyvanlar tərəfindən baş verib, qalan hallarda isə heyvanların sahiblərini tapmaq mümkün olmayıb.

Canqulaşvilinin sözlərinə görə, 154 it, 64 pişik və 1 hamster dişləməsində heyvanların sahibləri müəyyənləşdirilib.

Həkimlər əhaliyə belə bir vəziyyətdə mütləq tibb müəssisələrinə müraciət etməyi və quduzluq əleyhinə müalicə almağı tövsiyə edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google