Marneuli Təhsil Resurs Mərkəzi rəhbərinin vəzifəsinə vakansiya elan olunub
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsinə vakansiya elan olunub.

Vakansiyalar haqqında məlumat hr.gov.ge saytında yerləşdirilib. Vakant vəzifə Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyi tərəfindən dərc olunub. Bu mərhələdə 3 nəfər Marneuli Təhsil Resurs Mərkəzinə rəhbərlik etmək istəyir, daha 6 gün müsabiqədə iştirak etmək mümkündür. Resurs Mərkəzinin rəhbərinin aylıq əmək haqqı 2 394 laridir.

Əli Qəhrəmanov illərdir, Marneuli Təhsil Resurs Mərkəzi direktorunun səlahiyyətlərini icra edir. Onun müsabiqədə iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Əli Qəhrəmanovun təyinatına qədər Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsini 5 il müddətində Marneulinin hazırkı meri Kənan Ömərov tutub.

Resurs Mərkəzi rəhbərinin funksiyaları:
  • Resurs Mərkəzinə rəhbərlik edir, üçüncü şəxslərlə münasibətlərdə Resurs Mərkəzini təmsil edir, onun fəaliyyətinə rəhbərlik edir və Resurs Mərkəzinin idarəetmə sahəsinə aid olan məsələləri həll edir;
  • Gürcüstan Konstitusiyasının, qanunların, qanuna tabe olan normativ aktların, ayrı-ayrı inzibati-hüquqi və nazirin normativ hüquqi aktlarının icrasına cavabdehdir;
  • Resurs Mərkəzinin əməkdaşlarının fəaliyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmi nəzarəti həyata keçirir;
  • Dövlət maliyyələşdirməsi çərçivəsində Resurs Mərkəzində əmək müqaviləsi ilə işə götürülən şəxsin adını, sayını və vəzifə maaşını razılaşdırmaq üçün nazirə təqdim edir;
  • Zəruri hallarda kiçik kontingentli ictimai məktəblərin idarə olunmasında iştirak edir;
  • Tədris ili başlamazdan əvvəl Resurs Mərkəzinin illik iş planı və Resurs Mərkəzinin ötən ilki planının icrası haqqında hesabatı nazirliyə təqdim edəcək;
  • Tələbə uyğun olaraq Resurs Mərkəzinin fəaliyyəti barədə nazirə hesabat təqdim edir;
  • Büdcə vəsaitlərinin məqsədli istifadəsi ilə bağlı qərarlar qəbul edir;
  • Resurs Mərkəzinin istifadəsində olan dövlət əmlakının mühafizəsi və məqsədyönlü istifadəsinə görə məsuliyyət daşıyır;
  • Nazirlik tərəfindən təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Gürcüstan qanunvericiliyi ilə müəyyən olunmuş qaydalara uyğun olaraq Resurs Mərkəzinin əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;
  • Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada özünün və Resurs Mərkəzinin əməkdaşının məzuniyyətə və ezamiyyətə getməsi ilə bağlı məsələlər üzrə fərdi inzibati-hüquqi akt verir;
  • İctimai məktəb direktorunun məzuniyyətə çıxmasına icazə verir;
  • Öz səlahiyyətləri daxilində dövlət ümumtəhsil məktəbi direktorunun məzuniyyətdən geri çağırılması haqqında qərar qəbul edir;
  • Resurs Mərkəzinin əsasnaməsini təsdiq edir;
  • Öz səlahiyyətləri daxilində fərdi inzibati-hüquqi akt verir;
  • Nazirliyin və onun sisteminə daxil olan ictimai hüquqi şəxslərin (təhsil və elmi-tədqiqat müəssisələri istisna olmaqla) əməkdaşlarının ezamiyyət vərəqəsini yoxlayır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google