Fitrə sədəqə kimlərə verilə bilər və neçə lari təşkil edir?
Ramazan ayının başa çatması ilə əlaqədar olaraq 1-2 gün əvvəl fitrə çıxılmalıdır və ehtiyacı olan insanlara yardım edilməlidir. Fitrə bayram namazına qədər çıxılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır.

Gürcüstanda fitrə sədəqə kimlərə verilə bilər və neçə lari təşkil edir, bununla bağlı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi və şeyxi ilə əlaqə saxladıq. Hər iki din xadimi "Marneuli" radiosu ilə söhbətləri zamanı qeyd etdilər ki, İslam dinində yetkinlik yaşına çatmış və kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə çıxmalıdır. Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan insanlara verilməlidir.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi Etibar Eminovun sözlərinə görə, Gürcüstandakı qiymətləri nəzərə alaraq bu il üçün adambaşı fitrə sədəqə ən azı 10 lari hüdudunda hesablanıb.

“Ramazan ayının əhəmiyyətlərindən biri də paylaşmaqdı. Ramazan ayının sonunda fitrə sədəqə də var. Hətta buyurulub ki, oruc insanı yarı yola qədər, namaz qapıya qədər gətirər, amma sədəqə Allahın hüzuruna çıxarar. Ramazan ayının sonunda fitrə sədəqə deyilən bir ibadət vardır. Bu il Gürcüstan Müsəlmanları İdarəsinin Elmi Şurası fitrə sədəqəni 10 lari məbləğində təyin edib. Bu fitrə sədəqəni imkanı olan şəxslər imkanı olmayanlara bayram hədiyyəsi olaraq ikram edirlər. İmkanlı şəxslər daha çox verə bilərlər. Ailədə neçə nəfər varsa, hər adam başına 10 lari fitrə verilməlidir. Qaynaqlara görə, fitrə sədəqədə bir insanın doya biləcəyi məhsullar hesablanır. Misal üçün buğda, üzüm qurusu və s. nəzərdə tutulur. Bir insana nə qədər pul lazımdır ki, ən azından insan bir öyün yemək yesin. Həmin məhsulları hesablayanda həmin məbləğ gəlib çıxır. Bunlar da bölgə və ölkələrə görə fərqlənir və qiymətlər dəyişir. Onu da qeyd edim ki, bəzi bölgələrimizdə təyin edilən 10 lari məbləği çox olmuşdur. Buna görə də həmin ərazilərdə 5 lari nəzərə alındı.”

Müftinin bildirdiyinə görə, fitr Ramazan bayramı axşamı çıxılmalıdır və bayram namazına qədər verilməlidir.

BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev isə öz növbəsində bildirdi ki, fitrəni imkanı olan şəxslər verməlidirlər.

“Allah tutulan oruclarınızı qəbul etsin. Mübarək Ramazan ayının bitməsi ilə, bayram axşamı imkanı olan hər kəs fitrə zəkatı verməlidir. Özü və ailəsinin hər bir üzvü üçün, təqribən 3 kiloqram öz şəhərində gündəlik istifadə etdiyi qida məhsullarından (buğda, un və s.) və ya pulunu verməlidir. Belə ki, Gürcüstandakı qiymətlər nəzərə alınaraq adambaşı 5-7 lari olaraq hesablanıb. İmkanlı şəxslər daha çox (məsələn düyü ilə) hesablayıb verə bilərlər. Ümumilikdə fitrəni imkanı olan şəxslər verməlidirlər. Özünün və ailəsinin illik xərclərini ödəyəcək qazancı olmayana fitrə zəkatı vacib deyildir. Gürcüstanda məscidlərdə fitrə pulu yığılır və lazım olan şəxslərə verirlər. Bundan başqa bildiyiniz ailə başçısını itirən imkansız ailəyə verə bilərsiniz. Əlbəttə qohum və qonşularda imkansız ailə varsa, fitrə zəkatını onlara versəniz, daha yaxşı olar. Tanımadığınız bir şəxs özünü fəqir olduğunu bildirsə, bu sözə görə ona fəqir kimi fitrə vermək olmaz. Yəni dilənçiliyi peşə edənlər kimi özünü fəqir adlandıranların imkansız olmasına yəqin olmadan onlara fitrə vermək olmaz. Seyid olmayan şəxslər də seyidə fitrə verməməlidirlər. Mən sizə təşəkkür edirəm və fürsətdən istifadə edib bütün müsəlmanların bayramını təbrik edir, onlara can sağlığı və bol ruzi arzu edirəm. Allah bu bayramı hamımıza mübarək qərar versin”.

Qeyd edək ki, bu il astronomik hesablamalara görə, Ramazan bayramı aprel ayının 10-a təsadüf edəcəyi ehtimal olunur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google