Kürtlər kəndində Ramazan bayramı münasibəti ilə imkansız ailələrə ərzaq məhsulları paylanılıb
Bu gün, 10 aprel tarixində Ramazan bayramı münasibətilə Kürtlər kəndində yaşayan 15 aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailəyə ərzaq məhsulları paylanılıb. Yardım kənd sakinləri tərəfindən təsis edilmiş “Kurtlar xeyriyyə fondu” tərəfindən həyata keçirilib.

Fondun üzvlərinin “Marneuli” radiosuna verdiyi məlumata görə, bu cür yardımlar hər il həyata keçirilir və gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, bu il Ramazan bayramı aprel ayının 10-a təsadüf etdi. Ramazan ayı 11 mart tarixində başladı və bütün müsəlmanlar bu tarixdən etibarən niyyət edərək oruc tutmağa başladılar. Ramazan ayında bütün müsəlmanlar bir ay ərzində oruc tutaraq, ibadətlər etdilər.

Onu da əlavə edək ki, İslam dinində yetkinlik yaşına çatmış və kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə çıxmalıdır.

Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan insanlara verilməlidir.


Print Email
FaceBook Twitter Google