Enqur SES-də baş vermiş qəza ilə əlaqədar Abxaziyaya elektrik enerjisi qrafik üzrə verilir
“Kavkazski uzel”in məlumatına görə, Enqur SES-də qəza baş verib və buna görə stansiyanın işi müvəqqəti olaraq dayandırılıb. Abxaziyada enerji çatışmazlığı ilə əlaqədar aprelin 7-də elektrik enerjisinin 6 saatlıq kəsilməsi rejimi tətbiq edilib.

“Çernomorenerqo” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, qəza Enqur SES dərinlik tunelinin səkkizinci kilometrliyində baş verib. Beton divar zədələnib, onun parçaları turbin bölməsinə düşüb.

Su elektrik stansiyasında baş verən qəzadan sonra gündə altı saat - səhər, günorta və axşam iki saat elektrik enerjisinin kəsilməsi qərara alınıb. Hazırda qondarma respublikaya elektrik enerjisi Rusiyadan verilir.

İlkin məlumata görə, bərpa işləri aprelin 15-dək davam edəcək.

“Enqur SES” həm gürcü, həm də abxaz tərəfini elektrik enerjisi ilə təmin edir. “Enqur SES” bu gün Abxaziya və gürcü tərəfləri arasında müharibə başa çatdıqdan sonra heç kimin mübahisə etmədiyi yeganə real təmas nöqtəsidir. SES-də bərpa işlərini və infrastrukturu təmin etmək üçün gürcü tərəfi tam maliyyələşdirməni [Qərb təşkilatlarının maliyyə yardımı ilə] öz üzərinə götürüb.

Mənbə: Netgazeti


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google