Ramazan bayramı ilə əlaqədar Gürcüstanın müftisi Adam Şantadze Batumi Mərkəzi Məscidində bayram namazı qılıb
Bir aylıq ağır orucdan sonra Gürcüstan müsəlmanları bu gün Ramazan bayramını qeyd edirlər.
Gürcüstanın müftisi Adam Şantadze Batuminin Batumi Mərkəzi Məscidində bayram namazını qılıb. Dindarların bir hissəsi bayram namazını məscidə bitişik küçədə qılıb.

Acarıstan hökumətinin sədri digər hökumət nümayəndələri ilə birlikdə dindarları bayram münasibətilə təbrik edib.

Ramazan orucu zamanı möminlər günəş çıxandan gün batana qədər 30 gün ərzində heç bir yemək və su qəbul etməkdən imtina edirlər.

Bayram günü möminlər bir-birlərini bayram münasibətilə təbrik edir, ehsan verir, əcdadlarının məzarlarını ziyarət edirlər.

Mənbə: Birinci Kanal

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google