7 ayda emissiya normalarına əməl etməyən 4568 qanun pozucusu cərimələnib
Ekoloji Nəzarət Departamentinin məlumatına görə, 2023-cü il sentyabrın 4-dən 2024-cü il aprelin 5-dək avtonəqliyyat vasitələrinin tullantılarının müəyyən edilmiş normalarına əməl etmədiyinə görə 4568 fiziki və hüquqi şəxs cərimələnib - məlumatlar dörd böyük şəhərin, Tbilisi, Rustavinin, Kutaisi və Batuminin statistikasını əks etdirir.

“Ən çox - 2107 cərimə Tbilisidə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə/sahibinə tətbiq edilib; 977 qayda pozuntusu Kutaisidə, 812-si Batumidə, 672-si Rustavidə qeydə alınıb.

Ekoloji Nəzarət Departamentinin əməkdaşları tərəfindən cərimələnmiş 4568 qanun pozucusundan 3955-i fiziki, 613-ü isə hüquqi şəxsdir.

Avtomobil sürücülərinə 2767, mikroavtobus sürücülərinə 1575, yük maşını sürücülərinə 225, avtobus sürücüsünə 1 cərimə qəbzi tərtib edilib”,
- deyə qurumun məlumatında bildirilir.

Fiziki şəxs tərəfindən nəqliyyat vasitələrinin tullantılarına dair qanunvericiliklə müəyyən edilmiş normalara əməl edilməməsinə görə cərimənin məbləği birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 laridir. Hüquqi şəxs üçün cərimə 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google