Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında” qanunu –
“Rus qanunu” və ya agentlər haqqında qanunu ikinci dəfə irəli
sürüb.
Qanuna əsasən, gəlirlərinin 20%-dən artığı beynəlxalq
təşkilatlardan maliyyələşən qeyri-hökumət təşkilatları vahid
reyestrdə qeydiyyatdan keçməlidirlər və onlara xarici təsir
daşıyıcısı statusu veriləcək. Bu Gürcüstandakı keçid demokratiyası
şəraitində təşkilatların fəaliyyətinə mənfi təsir göstərəcək.
Qanundan təşkilatların nüfuzdan salınması üçün istifadə olunacaq.
Bu qanuna
niyə “rus qanunu” deyirik? Rusiyada artıq qəbul edilmiş
“Agentlər qanunu” bütün qeyri-hökumət təşkilatlarının ləğv
edilməsinə, medianın bağlanmasına səbəb olub. Qanun tənqidi fikrə
sahib olan mülki fəallara da təsir göstərib, onlar həbsxanaya
salınıb ya da ölkəni tərk etməli olublar.
Gürcüstan hökuməti tərəfindən seçilmiş bu qanunun maliyyə
şəffaflığını tənzimləməsi kimi təbliğat məzmunlu “mesaj” yanlışdır.
Çünki Gürcüstan qanunvericiliyi artıq maliyyə şəffaflığını təmin
edir. Vergi Məcəlləsində, bəyannamələrin doldurulmasında donor
təşkilatların köçürdüyü vəsaitlər artıq qeydiyyatdan keçirilir və
hakimiyyətin müxtəlif qurumları onsuz da maliyyənin hansı
istiqamətə ayrıldığını bilirlər.
Natia Hüseynova beynəlxalq donorlar tərəfindən maliyyələşdirilmiş
layihələrlə qazandığı təcrübədən danışır. Qanunun qəbul edildiyi
təqdirdə Natia Gürcüstanı tanımasına dəstək olan və onun böyük
təcrübə topladığı təşkilata agent statusu veriləcək. Natia isə
həmin təşkilatın benefisiarı kimi neqativ kontekstdə
xatırlanacaq.
Bu alternativ təhsil yolu olmasaydı, dövlət Natiaya hansı imkanları
verəcəkdi?
"#donordanəldəetdiklərim – kampaniyaya qoşul və öz hekayəni
danış.
Salam! Mən Natiayam. Artıq 1 ildən çoxdur ki, USAİD-in “Birlik
rəngarənglikdədir” proqramı çərçivəsində Marneuli Gənclər
Mərkəzinin fəal üzvüyəm.
Gürcüstan miqyasında ümumilikdə 16 Gənclər Mərkəzi fəaliyyət
göstərir, onlardan biri Marneulidədir. İndi isə sizə öz hekayəmi
danışacağam
İlk addım atdığım günü hələ də xatırlayıram. Həmin an başa düşdüm
ki, olmaq istədiyim yerdəyəm. Məhz burada yeni imkanlar, yeni bilik
və təcrübə əldə edə bildim.
Hər şeyə təlimlər nəticəsində inkişaf edən bacarıqlarla başladım.
Bu yolla şəxsiyyət, eləcə də akademik baxımdan inkişaf etdim
Həmin proqram çərçivəsində mənim regionlararası mübadilə
proqramından iştirak etmək üçün möhtəşəm imkanım oldu. Bu yolla ən
gözəl şəhərlərdən biri, Kutaisini gördüm. Bu çox yaxşı, unudulmaz
xatirələr və insanlar ilə dolu təcrübə idi. Bu gün, demək olar,
bütün Gürcüstandan müxtəlif proqramlardan, layihə və ya
müsabiqələrdən qazandığım çoxsaylı dostlarım var
Bundan əlavə, “Erasmus” proqramında iştirak etməyim mənim
həyatımdakı keçidlərdən biridir. “Erasmus+” mübadilə proqramının
mənim həyatımdakı rolunu qeyd etməyə bilmərəm. Bu proqram
çərçivəsində öz komfort zonamdan çıxmağı bacardım, böyük təcrübə
qazandım, inkişaf etdim və yeni bacarıqlar qazandım, ünsiyyət
bacarıqlarımı inkişaf etdirdim. Buradan əldə etdiyim təcrübə
həyatımın bütün mərhələlərində mənə lazım gələcək.
USAİD-in, Avropa İttifaqının, Erasmusun və digər donor
təşkilatların maliyyə dəstəyi ilə Gürcüstanda həyata keçirilən
layihələrdən faydalanan bütün gəncləri bu kampaniyaya qoşulmağa
çağırıram
Bunun üçün qeyd olunan heşteqdən istifadə edin:
#donordanəldəetdiklərim və öz hekayənizi danışın. Mən öz hekayəmdən
bir az danışdım, indi isə sənin növbəndir.