Maskalı xüsusi təyinatlılar nümayişçilərin üzünə yumruqlar vurur - görüntülər
Parlamentin yaxınlığında keçirilən “Agent qanunu”na etiraz aksiyasında xüsusi təyinatlıların tərəfində dayanan maskalı şəxs nümayişçilərin üzünə yumruq zərbələri endirir.

AzadlıqRadiosu eyni maskalı şəxsin mitinqin iki fərqli iştirakçısının üzünə yumruqla vurması faktını qeydə alıb.


Epizod #1
Hücumlardan biri saat 21:43-də polis ilk olaraq xüsusi vasitədən, bibər qazından istifadə etdikdən sonra baş verir:

Parlamentin arxa girişinin
yaxınlığında, 9 aprel küçəsi ilə Zubalaşvili qardaşları küçəsinin kəsişməsində, 9 aprel parkında xüsusi təyinatlılarla birlikdə maskalı şəxs var.

Robokoplar nümayişçilərin bir neçəsi ilə fiziki olaraq qarşı-qarşıya gəlir, onların arxasından qara maskalı və qara papaqlı, təchizatsız, qara geyimli bir fiqur sürətlə çıxır.

Bu zaman o, kapüşonlu köynəkli gəncin üzünə yumruqlayır.

Zərbədən sonra gənc yerə yıxılır, sonra cəld ayağa qalxaraq ətrafdakıların köməyi ilə qaçmağa çalışır.

Bu səhnəni “Mtavari” kanalında izləmək olar; Nümayişçi Keti Mosiavanın çəkdiyi videoda da tam görünmür.


Epizod #2
İkinci epizodun dəqiq vaxtı məlum deyil, lakin ilk hadisədən bir neçə dəqiqə sonra baş verdiyi güman edilir.

Bu vəziyyətdə də eyni şey baş verir: maskalı şəxs qalxanlarla təchiz edilmiş “robokoplar” cərgəsinin arxasından çıxıb Xüsusi Tapşırıqlar İdarəsinin qarşısında dayanan nümayişçinin sağ əli ilə üzünə yumruqlayır.

Bundan sonra maskalı şəxs əvvəlcə geri çəkilir və digər xüsusi təyinatlıları irəliləməyə itələyir, sonra yenidən irəliləyir.

“Formula”nın prodüseri Mate Kirvalidze bu hadisənin görüntülərini saat 22:23-də Facebook-a yükləyib.


AzadlıqRadiosu [23:25] Xüsusi İstintaq Xidməti ilə əlaqə saxlayıb və “aprelin 30-da parlamentin yaxınlığında polisin nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməsi iddiası ilə bağlı araşdırma başlayıbmı?”, sualını ünvanlayıb.

Agentlikdən cavab alınacağı təqdirdə məlumat dəqiqləşdiriləcək.

Sözügedən dövrdə, əsasən, xüsusi vasitənin - bibər qazının istifadəsi nəticəsində çoxlu sayda insan xəsarət alıb. Xəsarət alanlar arasında siyasətçilər və jurnalistlər də var.

Saat on ikinin yarısı radələrində Daxili İşlər Nazirliyi su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google