Gürcüstan poçtunun adı ilə saxta mesajlar göndərilir - linki niyə açmamalısınız
Artıq bir neçə gündür ki, vətəndaşlara müxtəlif nömrələrdən mesajlar gəlir.
Onlara bağlamalarının anbara gəlib çatdığını bildirir və ünvanlarını yanlış qeyd etdiklərinə görə, onu çatdıra bilmədiklərini söyləyirlər.

Bu barədə Rəqəmsal Təhlükəsizlik Eksperti Andro Qotsiridze feysbuk səhifəsində paylaşım edib və əhalini diqqətli olmağa çağırıb.

“Fırıldaq kampaniyası davam edir, SMS vasitəsilə istifadəçilər mesaj alırlar, guya Gürcüstan poçtu bağlamanı
təhvil vermək üçün ünvanı göstərməyi xahiş edir. Mesajın mətni cazibədar olsa da, şəxsi nömrə, mətndəki xəta və linkin "hörmətsiz" görünüşü bunun rəsmi mesaj olmadığını açıq şəkildə göstərir!! Linkə daxil olmayın, belə olan halda bütün telefonunuz və ya kompüteriniz, bütün proqramlar o cümlədən, mobil bank parolları və bütün fayllar, şəkillər, səslər, videolar başqasının əlinə keçə bilər.

Bundan əlavə, həqiqi ünvan boşluqlarını doldurmayın - virtual təhlükə ilə yanaşı, fiziki hesablaşmanın və ya hansısa saxta əməliyyatın qurbanı ola bilərsiniz.

Əgər, səhv edib linkə daxil olmusunuzsa (Gürcüstanın yarısı onlayn alış-veriş edir və ya emiqrantdan mesaj gözləyir), meşədə itmiş kimi utanaraq ağacın altında oturub ölümü gözləməyin, parolları dəyişdirin, iki faktorlu autentifikasiyanı aktivləşdirin, (dələduzun sorğusunu yerinə yetirdiyiniz keçiddən deyil)”,
- ekspert Andro Qotsiridze yazır.

Ekspert vətəndaşlara səslənir və deyir ki, belə olan halda dostları da məlumatlandırmaq vacibdir. Onlara qurbanın “messencer”indən pul və ya məlumat tələb edən mesajlar göndərə bilərlər.

Print Email
FaceBook Twitter Google