Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Nika
Qvaramianın “Mtavari” kanalının efirində səsləndirdiyi sözlərlə
bağlı bəyanat veriblər.
“Bu günlərdə “Mtavari” televiziya kanalının baş
direktoru Nika Qvaramianın Allah və Onun şərafətli Rəsulu Hz.
Məhəmməd (s) Peyğəmbər haqqında yersiz müqayisəsini hiddətlə
qınayır, həmin şəxsi müsəlman icmasında üzr istəməyə çağırırıq.
Çünki bütün peyğmbərlər haqqında müqayisəli şəkildə olsa da belə,
Onların şəxsiyyətinə aid edilən xoşagəlməz bənzətmələr bir mənalı
olaraq yolverilməzdir.
Onu da qeyd edək ki, Qvaramianın bu müqayisəsində Allah və İslam
Peyğəmbəri sanki qorxulu bir varlıq kimi də anlaşılmaqdadır.
Buna görə, insanları hər zaman bütün İlahi Peyğəmbərlər haqqında
söz və ifadələrində diqqətli olub, sayğılı davranmağı tövsiyə
edirik.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər
Heyəti”, – bəyanatda deyilir.
Xatırladaq ki, N.Qvaramiya Gürcü Arzusu Partiyasının sədri Bidzina
İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubunu şərh edərkən
özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq
Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu
yazılıb.