İranın Kəşfiyyat Nazirliyi xəbərdarlıq edib ki, ABŞ-nin iqtisadi
təzyiqi nəticəsində yaranan "bəzi çatışmazlıqlar və qiymət
artımları"
son müharibədən sonra ölkədə yeni iğtişaşlara səbəb ola bilər.
Nazirlik mayın 27-də yaydığı bəyanatda iddia edib ki, ABŞ və İsrail
artan iqtisadi təzyiqin yaratdığı çatışmazlıqlar və qiymət
artımlarından yararlanmağa çalışır. Bu iki ölkənin "düşmən
agentləri" və xaricdəki farsdilli media vasitəsilə
sosial
narazılığı qızışdırmağa cəhd etdiyi bildirilir.
Bu arada İranda yüksək inflyasiya, istehlak qiymətlərində kəskin
artım baş verir, ABŞ-nin dəniz blokadası həftələrdir davam edir.
İranın neft ixracı ciddi azaldığından hökumətin gəlirlərinin
sürətlə azalması xəbərləri gəlir.
Bu ilin yanvar ayında ölkə boyunca etirazlar amansızlıqla
yatırılmışdı. Etirazlar İran bazarlarında, ticarət mərkəzlərində
milli pulun sürətlə dəyərsizləşməsindən sonra başlamışdı.
Təhlükəsizlik qüvvələri etirazçılara sərtliklə divan tutmuş,
minlərlə insan öldürülmüşdü.
Nazirlik xüsusilə İranın şimal-qərb və cənub-şərq bölgələrində
mümkün "terror əməliyyatları və sərhəd təxribatları", eləcə də
"sui-qəsd və sabotaj aktları" barədə xəbərdarlıq edib.
Bəyanatda ABŞ və İsrailin İrana silah, sursat və qeyri-qanuni
rabitə avadanlıqları, xüsusilə "Starlink" keçirməyə çalışdığı da
iddia olunub.
Bu açıqlamadan əvvəl hakimiyyət 88 günlük blokadadan sonra ölkədə
internetə çıxışı qismən bərpa etməyə başlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.