Ukrayna rəsmiləri Rusiyanın Kiyevə sistemli zərbələr endirmək
təhdidlərindən sonra ABŞ səfirliyi əməkdaşlarının ölkəni tərk
etməsi barədə məlumatları təkzib edib.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi və Ukrayna
Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya
Qarşı Mübarizə Mərkəzi mayın 28-i səhər saatlarında bəyan edib.
XİN-in sözçüsü Georqi Tixiy vurğulayıb ki, Rusiya təhdidlərindən
sonra heç bir səfirlik
Kiyevi tərk etməyib.
Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya
Kallas Kiprdə Aİ xarici işlər nazirlərinin toplantısından öncə
bildirib ki, "bir səfirlik istisna olmaqla" bütün səfirliklər
Kiyevdədir. Onun dediyinə görə, Aİ ölkələrinin səfirlikləri Ukrayna
paytaxtında qalır, "amma Amerika gedib". Kallas konkret nəyi
nəzərdə tutduğunu açıqlamasa da, media onun sözlərini amerikalı
diplomatların Kiyevi tərk etməsinin təsdiqi kimi yozub.
ABŞ-nin Kiyevdəki səfirliyi mayın 28-i səhər saatlarında yaydığı
bəyanatda fəaliyyətini adi rejimdə davam etdirdiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio bundan əvvəl demişdi ki, Rusiyanın
xarici işlər naziri Sergey Lavrov ondan prezident Donald Trampa
Rusiyanın Kiyevə zərbələr endirmək niyyətində olduğunu çatdırmasını
istəyib.
AzadlıqRadiosunun rus xidməti yazır ki, mayın 26-da səhər
rusiyameylli bloqerlər ABŞ diplomatlarının guya Kiyevi tərk
etdiyini göstərən süni intellektlə hazırlanmış görüntülər
paylaşmağa başlayıblar.
ABŞ son bir ildə müharibənin dayandırılması üçün vasitəçilik etməyə
çalışır. Amma Vaşinqton Ukrayna və 40-a yaxın ölkənin BMT-də
yaydığı, Rusiyanın təhdidlərini pisləyən bəyanatına qoşulmayıb.
25 may
Lavrovdan Rubioya təcili zəng: 'ABŞ diplomatlarını Kiyevdən
çıxarın'
Rusiya Kiyevi "ardıcıl və sistemli" zərbələrlə təhdid edib.
Moskvanın baş diplomatı ABŞ vətəndaşlarını Ukrayna paytaxtını tərk
etməyə çağırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 25-də ABŞ dövlət
katibi Marko Rubio ilə telefon danışığında ona ABŞ diplomatik
heyətini və Amerika vətəndaşlarını Kiyevdən çıxarmağı tövsiyə edib.
Bundan bir gün əvvəl, mayın 24-də Moskva Ukraynanın Kiyev
vilayətini yüzlərlə dron və yeni güclü hipersəs raketi ilə
vurub.
Moskva təhdidlərinin artmasını ötən həftə Ukraynanın Rusiya işğalı
altında olan Luqansk bölgəsində məktəb yataqxanasına edilən hücumla
əsaslandırır. Yerli rəsmilər Starobilsk şəhərində 20-dən çox
insanın öldüyünü bildiriblər. Rusiya rəsmiləri Ukraynanı mülki
obyekti qəsdən hədəf almaqda ittiham ediblər. Rusiya prezidenti
Vladimir Putin ötən həftə qeyri-adi dərəcədə sərt çıxışında Kiyevi
terrorizmdə günahlandırıb.
Ukrayna hərbi rəsmiləri isə qüvvələrinin Rusiyanın dron bölməsinin
qərargahını vurduğunu, mülki obyektləri hədəfə almadığını
bildiriblər.
Lavrovdan "ardıcıl və sistemli zərbələr"
xəbərdarlığı
Mayın 24-də Kiyev və Ukraynanın digər şəhərləri genişmiqyaslı dron
və raket hücumuna məruz qalıb. Bu, son dövrlərdə Ukrayna paytaxtına
edilən ən ağır hücumlardan biri sayılır; hadisə nəticəsində azı üç
nəfər ölüb, onlarla insan yaralanıb.
Rusiya Kiyevin cənubundakı bir şəhərə nüvə başlığı daşıya bilən
"Oreşnik" raketi də atıb. Bu addımın Ukraynaya xəbərdarlıq siqnalı
olduğu görünür. Bununla Rusiya Ukraynada "Oreşnik" raketindən
üçüncü dəfə istifadə edib, Kiyev yaxınlığındakı obyekti isə ilk
dəfə vurub.
Lavrov Rubio ilə telefon danışığında Kiyevdəki hərbi obyektlərə və
qərarqəbuletmə mərkəzlərinə "ardıcıl və sistemli" zərbələr
planlaşdırıldıqları barədə xəbərdarlıq edib. O, amerikalı həmkarına
ABŞ vətəndaşları ilə diplomatlarının Kiyevdən çıxarılmasını
məsləhət görüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat
yayıb. Nazirliyin digər bəyanatında isə Ukraynadakı bütün xarici
diplomatik nümayəndəliklərin Rusiyanın ehtimal olunan yeni
zərbələri barədə məlumatlandırıldığı bildirilir.
"Müharibə başa çatmalıdır"
ABŞ Dövlət Departamenti Rubio ilə aparılan danışıq barədə ətraflı
bəyanat yaymayıb. Amma Rubio Hindistana səfəri zamanı jurnalistlərə
açıqlamasında Lavrovun tövsiyəsini və təhdidini təsdiqləyib.
"Məncə, o, sadəcə bunu mənə şəxsən çatdırmaq üçün zəng
etmişdi. Kiyev artıq bir neçə ildir kifayət qədər təhlükəli bir
yerdir. Bu müharibə uzandıqca, gərginliyin artması və prosesin yeni
bir mərhələyə keçməsi təhlükəsi hər zaman qalır", —
Rubio vurğulayıb. ABŞ rəsmisi "Məhz buna görə də
müharibə başa çatmalıdır", — deyə fikrini
tamamlayıb.
Rubio, eyni zamanda, Vaşinqtonun vasitəçiliyi ilə Moskva və Kiyev
arasında aparılan sülh danışıqlarının dayandığını təsdiqləyib.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı artıq beşinci ilinə
keçsə də, faktiki olaraq dalana dirənib. Ukrayna qüvvələri 1100
kilometrlik cəbhə xəttinin böyük hissəsində Rusiya qoşunlarının
irəliləməsini dayandıra biliblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.