Moskva Kiyevi yeni zərbələrlə hədələdiyi bir vaxtda Ukrayna
prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampdan
Ukrayna
üçün hava hücumundan müdafiə sistemləri və tutucu raketlər istəyib.
O bildirib ki, ballistik raketlər Moskvanın döyüş meydanındakı son
böyük üstünlüyü olaraq qalır.
"Reuters" Zelenskinin Tramp və ABŞ Konqresinə ünvanladığı məktubu
gördüyünü yazır.
"Ukrayna səmasının Rusiya raketlərindən qorunması üçün sizdən kömək
istəyirəm. Biz Ukraynanın ona lazım olan sayda "Patriot" sistemləri
və tutucu raketlər almasını təklif etmişik", – məktubda
deyilir.
Ukrayna hazırda Rusiya ballistik raketlərini ABŞ istehsalı
"Patriot" sisteminin tutucu raketləri ilə vurur. Müharibənin dörd
ili ərzində Kiyev tutucu raket çatışmazlığı yaşayıb, İran
müharibəsi isə bu resursları daha da azalda bilər.
Tramp hakimiyyətə gələndən Ukrayna "Patriot" raketlərini NATO-nun
Ukrayna üçün Prioritet Tələblər Siyahısı (PURL) təşəbbüsü
vasitəsilə, avropalı müttəfiqlərinin maliyyəsi hesabına alır.
Zelenski gecə videomüraciətində bildirib ki, xarici lider nadir
halda eyni vaxtda həm ABŞ prezidentinə, həm də Konqresə məktub
ünvanlayır, "amma hazırkı vəziyyət hərəkət, sürətli və effektiv
hərəkət tələb edir. Amerikanın Ukraynanı eşitməsi vacibdir".
O, Ukraynanın Rusiya ballistik raketlərindən qorunmasının sülh
danışıqları üçün kritik olduğunu bildirib:
"Ballistik
raketlərə qarşı daha güclü müdafiəni nə qədər tez təmin etsək,
diplomatiyanın işə düşməsini də bir o qədər sürətləndirə
bilərik".
Məktub barədə ilk dəfə Ukraynanın "The Kyiv Independent" nəşri
yazıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya mayın 24-də
Ukraynaya qarşı son kütləvi hücumunda 30 ballistik raket istifadə
edib, onların yalnız 11-i vurulub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.