Qazaxıstanda ilk AES-i Rusiya tikəcək
Rusiya mayın 28-də Qazaxıstanla bu ölkədə ilk atom elektrik stansiyasının tikintisinə dair saziş imzalayıb.

Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Qazaxıstan dünyanın ən böyük uran istehsalçısıdır, lakin sovet dövründə nüvə sınaqlarının nəticələrindən zərər görüb. Astana azı son 20 ildə atom enerjisindən istifadə imkanını müzakirə edirdi.

"Bu gün Balxaş AES-in tikintisi ilə bağlı imzalanmış sazişin rolu
vacibdir",
– Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib. O, Putinə bu iri layihənin gerçəkləşməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Tərəflər stansiyanın tikintisini maliyyələşdirmək üçün Rusiyanın ixrac krediti ayırmasına dair saziş də imzalayıblar.

Qazaxıstan 2024-cü ildə keçirilən referendumda atom elektrik stansiyasının tikintisini dəstəkləyib. Stansiya ölkənin cənub-şərqində, Balxaş gölünün sahilində yerləşən Ülken kəndində tikiləcək.

Qazaxıstanın nüvə enerjisi agentliyi ötən ay bildirmişdi ki, iki reaktordan ibarət olacaq atom elektrik stansiyasının 15 milyard dollarlıq dəyərinin təxminən 85 faizini Rusiya kredit şəklində maliyyələşdirəcək.

20.5 milyon əhalisi olan Qazaxıstan 2035-ci ilə qədər nüvə enerjisinin ümumi gücünü 2.4 giqavata çatdırmağı hədəfləyir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google