Rusiya bu il mayın 30-dan Ermənistandan ölkəyə təzə pomidor, xiyar,
bibər, göyərti və çiyələk idxalını qadağan edəcək.
"Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal
Xidmət) bildirir ki, məhsulların təhlükəsizliyini təmin etmək üçün
“müvafiq mexanizm hazırlanadək” tədarükə müvəqqəti məhdudiyyətlər
tətbiq olunur.
"Qərar Ermənistandan Rusiyaya meyvə-tərəvəz tədarükü
zamanı pozuntuların artması ilə əlaqədar, fitosanitar
təhlükəsizliyin təmin olunması məqsədilə qəbul
edilib", – qurumun bəyanatında bildirilir.
Açıqlamaya görə, mayın 21-dən 27-dək qurum Ermənistan
müəssisələrində yoxlamalar aparıb və bir sıra pozuntular
aşkarlayıb.
Bundan əvvəl "Rosselxoznadzor" Ermənistandan Rusiyaya gül idxalını
da qadağan etmişdi. Digər bir Rusiya qurumu
– "Rospotrebnadzor" isə
üç böyük erməni istehsalçısının alkoqollu məhsullarının satışını
dayandırıb, həmçinin Ermənistandan "Cermuk" mineral suyunun
Rusiyaya idxalını və satışını qadağan edib.
26 may
Qazın qiyməti 600 dollara qalxa bilər – Rusiya Ermənistana iqtisadi
təzyiqi gücləndirir
Rusiya Dövlət Duması Ermənistana verilən imtiyazlara yenidən
baxmağı təklif edib. Təklifi Dumanın Təhlükəsizlik və korrupsiyaya
qarşı mübarizə komitəsinin sədr müavini Andrey Luqovoy səsləndirib.
O, Rusiyanın Ermənistana verdiyi qaz imtiyazlarına yenidən baxmağı
və bu ölkədən konyak idxalının məhdudlaşdırılması imkanlarını
nəzərdən keçirməyi təklif edib.
Luqovoy mayın 26-da Dövlət Dumasında keçirilən "Rusiyasız
Ermənistan və Ermənistansız Rusiya: Səbəblər, nəticələr və
fəsadlar" mövzusunda dəyirmi masada danışıb.
"Onilliklərdir Rusiya qazı Ermənistan üçün təkcə əmtəə
deyil, həm də müttəfiqlik arxitekturasının bir elementi olub. Bu
sistem çökürsə, güzəştli qiymət kommersiya qiyməti ilə əvəz
olunmalıdır. Bu halda, qiyməti Avropa səviyyəsinə — min kubmetr
üçün 400 dollardan 600 dollara qədər qaldırmaq təklif
olunur", – deputat söyləyib.
Onun sözlərinə görə, Ermənistanın Rusiya iqtisadi ərazisindən
istifadəsinə imkan verən güzəştli gömrük qaydalarını və rejimlərini
məhdudlaşdırmaq, eləcə də Ermənistanın Rusiya qarşısında
dövlətlərarası öhdəliklərinin tam auditini aparmaq lazımdır.
Hazırda Moskva Yerevana qazın min kubmetrini 177.5 dollara,
Avropaya isə 600 dollara satır.
Paşinyan "milyardlar ölkəsi" olacaqlarını
deyir
AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazir Nikol Paşinyan
Rusiyanın açıqlamalarına cavab verib, ölkəsini yüksək qiymətlə
hədələməyin məntiqsiz olduğunu bildirib:
"Bizim o qədər
pulumuz olacaq ki, bu, bizə baha görünməyəcək. Bu gün Ermənistan
sülh qovşağına çevrilir, bu isə o deməkdir ki, Ermənistan min və
milyonlar ölkəsi yox, milyard və trilyonlar ölkəsi
olacaq".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün öncə
demişdi ki, Yerevan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq
qərarına gələrsə, güzəştli qaz qiyməti bazar əsaslı qiymətlə
əvəzlənə bilər.
Prezident Vladimir Putin mayın 9-da Yerevanın iki blok arasında
"mümkün qədər tez" seçim etməli olduğunu vurğulamışdı. Ermənistan
hakimiyyəti isə Rusiya ilə münasibətləri gərginləşdirməyə meylli
olmadığını bildirir, eyni zamanda "nə vaxtsa" belə bir seçim etməli
olacağını da istisna etmir.
Qaz, neft və almaz imtiyazları ləğv oluna
bilər
Ermənistan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlük prosesini
davam etdirərsə, Moskva Yerevana təbii qaz, neft məhsulları və
almazların rüsumsuz tədarükü barədə sazişi birtərəfli qaydada
dayandıra və ya ləğv edə bilər. Bu haqda "Kommersant" qəzeti
Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi
İdarəetməsi və İnfrastruktur Nazirliyinə göndərdiyi məktuba
istinadən yazıb.
Nəşr qeyd edir ki, 2013-cü ilin dekabrında imzalanmış saziş
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması yolunda
növbəti addım olmuşdu.
Məlumata görə, saziş tərəflərdən birinin təşəbbüsü ilə
dayandırılarsa, Ermənistan Rusiyaya kompensasiya ödəməli və ya
ödənilməmiş məbləğləri tam bağlanana qədər Rusiya qarşısında dövlət
borcu kimi tanımalıdır.
Kremlin sözçüsü Dmitri Peskov Ermənistanla qaz sazişinin ləğvi ilə
bağlı sualın "Qazprom"a ünvanlanmasını tövsiyə edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.