Ermənistanda hərbi paradda İranın 'Məcid' sistemi görünüb [Video]
10:14 / 29.05.2026
Ermənistanda keçirilən Respublika Günü paradında İran istehsalı
olduğu güman edilən hava hücumundan müdafiə sistemi də nümayiş
olunub.
Paradda Fransa və Hindistandan alınmış raket qurğuları, dronlar və
zirehli texnika da gözə dəyib.
Ermənistanın Vaşinqtonla yaxınlaşdığı bir dövrdə Tehrandan silah
alması narahatlıq doğura bilər. Həmçinin Yerevandakı paraddan bir
neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri
Nikol
Paşinyana 7 iyun parlament seçkiləri öncəsi açıq dəstək
verib.
"AD-08 Məcid" hava hücumundan müdafiə sistemi yük maşınının
üzərində quraşdırılıb. Amma paradda aparıcı bu sistemin mənşəyi
barədə konkret məlumat verməyib.
"Məcid" "Scorpion" olub
Bildirildiyinə görə, "Scorpion" adlı qısamənzilli özüyeriyən
zenit-raket kompleksi aşağı hündürlükdə uçan təyyarələri,
helikopterləri və dronları aşkarlayaraq məhv edə bilir. Qurğu
həmçinin mühüm hərbi və sənaye obyektlərinin hava müdafiəsini təmin
edir.
Ermənistanın bu sistemə "Scorpion" adını verdiyi görünür. Ölkədə
digər xarici silah sistemlərinə də lokallaşdırılmış adlar verilib.
Məsələn, Fransanın "Caesar" haubitsaları erməni mifologiyasındakı
tanrının adı ilə "Aramazd" adlandırılıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü "Scorpion"un İran istehsalı
olub-olmadığını təsdiqləməkdən imtina edib.
Yeni Zelandiyada yaşayan hərbi analitik Sirus Amerian
AzadlıqRadiosunun fars xidmətinə müsahibəsində sistemin İran
mənşəli olduğuna şübhə etmədiyini bildirib. "İranın bu sistemlərini
tanıyan hər kəs rəsmi təsdiq gözləmədən onları asanlıqla ayırt edə
bilər", – deyən ekspert sözlərinə belə davam edib: "Fikrimcə,
nümayiş olunan texnikanın komponentləri və strukturu "Məcid"
sistemi ilə 99.5 faiz eynidir. Yəni böyük ehtimalla söhbət elə
həmin silahdan gedir. Görünür, Ermənistan sanksiya məhdudiyyəti
olmadığı üçün və ya yerli tələblərə görə İranın "Aras" maşını
əvəzinə daha keyfiyyətli beynəlxalq şassi seçərək sistemi İtaliya
istehsalı olan "Iveco" yük avtomobilinə quraşdırıb".
Niyə "Məcid"?
"Məcid" İranın nisbətən yeni sistemidir. "Tehran Times" qəzetinin
məlumatına görə, ondan ilk dəfə ötən il İsraillə 12-günlük müharibə
zamanı istifadə olunub.
"Defense Security Asia" nəşri mayın 27-də yazır ki, Ermənistan bu
sistemi alan ilk ölkədir.
"Bu kompleks mövqe tutub dayaqlarını qura, optik
sistemlərini aktivləşdirərək hədəfi aşkarlaya və raketi atdıqdan
cəmi beş dəqiqə sonra 5-10 kilometr uzaqlıqda ola bilər. Belə bir
çeviklik, yüngüllük və hər şeyin tək bir maşında birləşdirilməsi
çox cəlbedicidir", – deyə Amerian AzadlıqRadiosuna
bildirib.
İran rəsmilərinin iddiasına görə, mart və aprel aylarında "Məcid"
sistemindən ABŞ qüvvələrinə qarşı effektiv istifadə olunub.
Tehrandan hətta bir ABŞ F-35 qırıcısının zədələndiyi iddia edilsə
də, bu məlumatı müstəqil mənbələrlə təsdiqləmək mümkün olmayıb.
Paşinyan bildirib ki, Yerevandakı paradın əsas məqsədi 2023-cü il
hərbi əməliyyatlarında Azərbaycana məğlubiyyətdən sonra Ermənistan
ordusunun yenilənməsi üçün alınan yeni silahlar barədə xalqa
hesabat verməkdir. Həmin dövrdə Ermənistanın xüsusilə dron
hücumları qarşısında ciddi zəifliyi üzə çıxmışdı. Azərbaycanın
2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi
əməliyyatla Qarabağa nəzarəti tam bərpa edib. Bundan sonra 100 minə
yaxın erməninin bölgədən qaçdığı bildirilir.
ABŞ-nin Paşinyana dəstəyi
Hazırda Paşinyanın əsas siyasi xətti Ermənistanı Moskvadan
uzaqlaşdırmaq və Vaşinqtonla yaxınlaşdırmaqdan ibarətdir. ABŞ
prezidenti də ona öz dəstəyini nümayiş etdirib. Tramp mayın 27-də
sosial şəbəkədə "Nikolun yenidən seçilməsini tam və
qətiyyətlə dəstəkləyirəm", – deyə yazıb.
Paşinyan həmçinin Ermənistanın Avropa İttifaqına üzvlük niyyətini
bəyan edən qanun layihəsini parlamentdən keçirib.
Buna cavab olaraq Moskvadan sərt bəyanatlar gəlməkdədir. Rusiya
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 28-də
bildirib: "Ermənistan rəhbərliyinin Moskvanın əleyhinə
yönəlmiş Şimali Atlantika alyansı ilə yaxınlaşma kursu bizi narahat
etməyə bilməz".
Amma Paşinyan ölkəsinin coğrafi mövqeyini dəyişə bilməz. Ermənistan
Türkiyə və Azərbaycanla onilliklər boyu düşmən münasibətdə olsa da,
İranla sıx iqtisadi əlaqələrə malikdir. İran Ermənistana neft
məhsulları və sənaye malları tədarük edir; həmçinin Hörmüz boğazı
bağlanmazdan əvvəl Ermənistan üçün əsas tranzit marşrutlarından
biri olub.
Bu arada İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də paradı
izləyən qonaqlar arasında yer alıb.
Hərbi analitik Amerianın fikrincə, İranın Ermənistana münasibətində
praqmatizm üstünlük təşkil edəcək.
"İran Ermənistanın Qərbə meyl etməsini özü üçün təhlükə
kimi görmür, bu silah satışı sadəcə bir ixrac imkanı ola bilər.
Digər tərəfdən, İran kimi iqtisadi çətinliklər yaşayan bir ölkə
üçün dəyəri 500 milyon dollar olduğu deyilən müqavilələr az
əhəmiyyət daşımır", – deyə ekspert sözlərini
yekunlaşdırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.