Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il
hadisələrini "erməni soyqırımı" kimi tanıması qərarını tənqid edib.
Açıqlamada tarixi hadisələrin siyasi məqsədlərlə təhrif edilməsinin
qəbuledilməz olduğu bildirilir. Vurğulanır ki,
"bu cür
addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə,
mövcud ziddiyyətləri daha da dərinləşdirərək regionda davamlı sülh
səylərinə mane olur".
Nazirlik İsrail hökumətini həmin qərarı yenidən
nəzərdən keçirməyə
çağırır.
28 iyun
İsrail 'erməni soyqırımı'nı rəsmən tanıyıb
İsrail hökuməti xarici işlər naziri Gideon Saarın 1915-ci ildə
Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsinin "erməni
soyqırımı" kimi rəsmi tanınması təklifini qəbul edib.
Nazir Saar bildirib: "Fikrimcə, bu, bir yəhudi olaraq və təbii ki,
yəhudi xalqının dövləti kimi bizim mənəvi borcumuzdur. Doğru olanı
etmək heç vaxt gec deyil". O, hələ iyunun 25-də bu məsələni
Nazirlər Kabinetinin müzakirəsinə çıxaracağını açıqlamışdı. Qərar
layihəsində İsrailin bu iddiaları tanıdığı və tarixi həqiqətin
inkarı və ya təhrif edilməsi cəhdlərini pislədiyi vurğulanır.
Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin
başlandığını və sonrakı dövrdə 1.5 milyon erməninin qətlə
yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər. Bu
hadisələr indiyədək 30-a yaxın ölkənin parlamenti tərəfindən rəsmi
tanınıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də
var.
Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi
hadisələrin yaşandığını inkar etmir, ancaq "soyqırımı" ifadəsini
rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini
bildirir.
Türkiyə XİN: "İsrail öz cinayətlərini gizlətməyə
çalışır"
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu addımını tamamilə
"siyasi xarakterli qərar" adlandırıb və bunu Qəzza zolağındakı
hərbi əməliyyatlarla əlaqələndirib. Nazirlik açıqlamasında deyilir:
"İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı siyasi
qərar qəbul etməklə öz cinayətlərini gizlətməyə çalışır. Bu addım
tarixi və hüquqi faktları nəzərə almır".
Qəzzada hərbi əməliyyatlar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin
cənubuna hücumundan sonra başlayıb. Həmin hücum zamanı mindən çox
insan həlak olub, 250-dən çox insan isə HƏMAS tərəfindən girov
götürülüb. Fələstinmeyilli mövqe tutan Türkiyə İsrailin bölgədəki
hərəkətlərini kəskin şəkildə tənqid edir.
Regiondakı balans
İsrail indiyədək Türkiyə ilə münasibətləri tam qoparmamaq və
Azərbaycanla strateji tərəfdaşlığı riskə atmamaq üçün rəsmi
tanınmadan çəkinirdi. Bakı rəsmi olaraq XX əsrin əvvəllərindəki
hadisələrin "erməni soyqırımı" kimi tanınmasına qarşı çıxır.
Qarabağ üzərində suverenliyini bərpa edən Azərbaycan indi
Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsindədir.
Bundan əlavə, İsrail siyasi rəhbərliyi uzun illər bu mövzunun
Holokostla müqayisə edilməsindən də qaçıb. 2018-ci ildə Knessetdə
oxşar qanun layihəsi müzakirə olunsa da, hökumət rəsmi qərar qəbul
etməmişdi.
Ermənistan tərəfi İsrailin bu addımını hələlik şərh etməyib.
AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, "erməni
soyqırımı"nın beynəlxalq tanınması son zamanlar Yerevanın xarici
siyasət gündəliyində əvvəlki dövrlərdəki qədər önəmli deyil.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.