Avropada rekord istilər: Ölənlərin sayı 1300-ü keçdi
İyunun 21-dən bəri Avropada yüksək istilər səbəbindən normadan artıq 1300-dən çox ölüm qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus məlumat verib.

ÜST rəhbərinin sözlərinə görə, hazırda Avropada təxminən 150 milyon insan ekstremal isti hava şəraitində yaşayır. O vurğulayıb ki, qitədə evlər, iş yerləri və məktəblər bu cür yüksək temperatur nəzərə alınmadan inşa
edilib, halbuki anomal istilər artıq, demək olar ki, hər il təkrarlanır.

"Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir - burada temperatur qlobal ortalamadan iki dəfə daha sürətlə artır", – Qebreyesus bildirib. O, Avropa ölkələrini anomal istilər zamanı sağlamlığın qorunması üçün fəaliyyət planlarını aktiv tətbiq etməyə çağırıb.

Fransa Milli İctimai Səhiyyə Agentliyi isə əvvəlki açıqlamasında bildirib ki, təkcə bu ölkədə istilər səbəbindən 1000 izafi ölüm qeydə alınıb. Ölənlərin əksəriyyəti (85 faizi) 65 və daha yuxarı yaşda olan şəxslərdir. Qocalar evləri və ixtisaslaşdırılmış müəssisələrdən əlavə məlumatlar daxil olduqca, ölüm sayının daha da artacağı gözlənilir.

İyun ayında Avropanı bürüyən anomal isti dalğası əvvəlcə Qərbi Avropaya təsir göstərib, hazırda isə şərqə – Almaniya, Çexiya və Polşaya doğru irəliləyir. Belarusda artıq "qırmızı" təhlükə səviyyəsi elan olunub: bu gün ölkədə havanın temperaturunun şimal-şərqdə +29, cənub-qərbdə isə +39 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google