Rusiyada ilk 'LGBT ekstremizmi' işi üzrə hökm çıxarıldı
Orenburq məhkəməsi "Pose" barının sahibini, inzibatçısını və art-direktorunu ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə və bu fəaliyyətdə iştirakda təqsirli bilib. Məlumatı "Ostorojno, novosti" Telegram kanalı yayıb.

Məhkəmə ən ağır cəzanı – 7 il azadlıqdan məhrumetməni – barın 37 yaşlı sahibi Vyaçeslav Xasanova verib. Klubun 30 yaşlı inzibatçısı Diana Kamilyanova 6 il 3 ay, 23 yaşlı art-direktor
Aleksandr Klimov isə 2 il 3 ay müddətinə ümumi rejimli koloniyada cəza çəkəcək.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olaraq əvvəlcədən razılaşdırılmış qrup halında barın işini təşkil ediblər. İttihama əsasən, Kamilyanova qeyri-ənənəvi cinsi münasibətləri təbliğ edən şouların foto və videolarını çəkdirib, Klimov isə həm bar ziyarətçiləri arasında, həm də Telegram platformasında bu münasibətlərin təbliğatını aparıb.

Hökumətyönlü fəalların şikayətlərindən sonra hüquq-mühafizə orqanları "Pose" klubuna dəfələrlə basqın edib. Cinayət işi başlamazdan əvvəlki sonuncu reyd 12 mart 2024-cü ildə keçirilib və elə həmin gün klub qonaqlarının görüntüləri "Z-kanalları"nda yayılıb.

Hər üç şəxs 2024-cü ilin martında həbs olunub, sonradan isə "Rosfinmonitorinq" onları rəsmi "terrorçu və ekstremistlər" siyahısına salıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google