Serbiya prezidenti Aleksandar Vuçiç yaxın gələcəkdə istefa
verəcəyini və ölkədə növbədənkənar prezident və parlament
seçkilərinin keçiriləcəyini bəyan edib.
Bu açıqlama Novi-Sad şəhərində tələbələrin növbədənkənar ümumi
seçki tələbi ilə keçirdiyi kütləvi etirazlardan bir neçə gün sonra
səsləndirilib.
İyunun 27-də Belqradda hakim Serbiya Proqressiv Partiyasının (SPP)
minlərlə tərəfdarı qarşısında çıxış edən Vuçiç deyib:
"Bunlar mənim prezident kimi son günlərim və
həftələrimdir. Bundan sonra istefa verəcəyəm". Normal
şəraitdə onun ikinci və sonuncu səlahiyyət müddəti 2027-ci ildə
başa çatmalı idi. Vuçiç istefa və ya seçkilərin dəqiq tarixini
deməsə də, SPP rəhbərliyinə partiyanın "növbəti dörd il ərzində
xalqın etimadını qazanması" planlarını açıqlayıb.
Serbiyada hökumət əleyhinə etiraz aksiyaları artıq ildən çoxdur ki
davam edir. Etirazlar 2024-cü il noyabrın 1-də Novi-Sad dəmiryol
vağzalında tavanın çökməsi nəticəsində 16 nəfərin ölümünə səbəb
olan faciədən sonra başlayıb. Çin şirkətlərinin icra etdiyi bu
dövlət layihəsindəki keyfiyyətsiz tikinti işlərinin korrupsiya ilə
bağlı olduğu iddiaları həm ictimaiyyətdə, həm də mediada kəskin
narazılıq doğurub. Tələbələrin fəal iştirak etdiyi bu etiraz
dalğası 25 il əvvəl Miloşeviçin devrilməsinə yol açan nümayişlərdən
bəri Serbiyada görülən ən böyük etiraz hərəkatıdır.
Son mitinqdə Vuçiç etirazçılarla dialoqa hazır olduğunu bildirsə
də, müxalif hərəkatı ölkənin daxili işlərinə müdaxilə edən xarici
qüvvələrin təsiri altında olmaqda günahlandırıb.
Bundan əlavə, Serbiya son aylarda millətçiliyin artması, mübahisəli
tikinti layihələri və Avropa İttifaqına inteqrasiya yolundakı
qeyri-müəyyənliklərlə üz-üzədir. Belqradın Rusiyaya qarşı
sanksiyalara qoşulmaqdan imtina etməsi bəzi Aİ üzvlərinin
narahatlığına və inteqrasiya prosesinin ləngiməsinə səbəb olur.
Keçmişdə ifrat millətçi kimi tanınan Vuçiç 2017-ci ildən ölkəyə
rəhbərlik edir. O, özünü Aİ kursuna sadiq islahatçı kimi təqdim
edərək hakimiyyətini möhkəmləndirsə də, Moskva və Pekinlə yaxın
əlaqələrini qoruyub. Prezident vurğulayıb ki, hakim partiya yenidən
qalib gələcəyi halda Belqrad "çətin günlərdə dostlarını tərk
etməyəcək", Rusiya və Çinlə ənənəvi tərəfdaşlığını qoruyacaq.
Vuçiç həmçinin bəyan edib ki, hakim partiya bu dəfə seçkilərə
"Vahid Serbiya" adlı daha geniş koalisiya tərkibində qatılacaq. Bu
adın Rusiyanın hakim "Vahid Rusiya" partiyası ilə səsləşməsi isə
diqqətdən yayınmayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.