Latviyanın yeni daxili işlər naziri bu yaxınlarda "miqrantlar mənə
nifrət edəcək" deyərək,
Avropa İttifaqından kənar ölkələrdən gələnlər üçün yeni
məhdudiyyətlər anons edib. Ölkədə onunla eyni fikirdə olan
mühafizəkar siyasətçilər az deyil; onlar miqrasiyanı yerli xalq
üçün ciddi təhlükə sayırlar.
"Nastoyaşeye Vremya Baltiya" proqramı Latviyada həm körpülər, həm
də özünə yeni həyat quran tacikistanlı filoloq Məhəmməd Zəriflə
həmsöhbət
olub.
Məhəmməd Zərifin ailəsi Tacikistanda yaşasa da, onun qəlbi həmişə
uzaq diyarlara can atıb.
"Mən şərqşünasam, filoloqam. Tacikistanda hər şey yaxşı
idi – universitetdə ərəb dili dərsi deyirdim, dolanışığım da rahat
idi", – Məhəmməd keçmişini xatırlayır.
"Amma dünyanı görmək, xaricdə işləmək, insanların
oralarda necə yaşadığına şahid olmaq istəyirdim. Bir gün iş
elanlarına baxarkən Latviyada işçi qüvvəsinə ehtiyac olduğunu
gördük. Bu ölkəni seçib gəldik. Əvvəlcə viza aldım, sonra isə rəsmi
iş yerimə əsasən müvəqqəti yaşayış icazəsi
verildi".
Artıq səkkiz ildir Latviyada yaşayan Zərif tikinti sahəsində
çalışır. Hazırda onun briqadası Riqadakı obyektlərdən birindədir.
Burada tam bir beynəlmiləl mühit var: latışlar, ruslar, belaruslar,
taciklər və özbəklər çiyin-çiyinə işləyirlər. Zərif bu illər
ərzində Latviyanın, demək olar ki, hər bucağında iz qoyduğunu —
yollar, körpülər və müxtəlif infrastruktur layihələrinin təmirində
çalışdığını fəxrlə deyir.
Məhəmməd vətəninə ildə cəmi bir-iki dəfə, o da məzuniyyət vaxtı
gedə bilir. Tikintidən qalan boş vaxtlarında isə latış dilini
öyrənir; hələlik yalnız ilkin bazaya sahibdir. Latviyanı çox sevsə
də, gələcəyini tamamilə bu ölkəyə bağlayıb-bağlamayacağını hələ
dəqiq bilmir.
"Latviyanı bəyənirəm, burada yaşamaq və işləmək
istəyirəm. Amma insan bir dəqiqə sonra harada olacağını, başına nə
gələcəyini bilmir", – o, filosofcasına gülümsəyir.
"İş varsa, deməli, hər şey əladır. Artıq bura alışmışıq, yerli
camaatın da bizə münasibəti çox istiqanlıdır".
{{AUDIO}}
Latviya niyə cəlbedicidir?
Rəsmi rəqəmlərə görə, ötən il Latviya miqrasiya xidməti xaricilərə
15 mindən çox ilkin yaşayış icazəsi verib. Bir il əvvəl də
göstərici eyni olub. 2023-cü ildə isə ukraynalı qaçqınların axını
səbəbindən bu rəqəm rekord həddə — 27 mini ötüb.
Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn xarici işçilərin
sayı son iki ildə 20 faiz artıb. Keçən il ən çox iş icazəsi
Özbəkistan, Hindistan, Belarus və Tacikistan vətəndaşlarına
verilib. Onlar əsasən yük daşımaları, tikinti və restoran
biznesində çalışırlar.
Ekspertlər miqrantların Latviyanı seçməsini xalis iqtisadi
səbəblərlə izah edirlər. Xaricilərin inteqrasiyası ilə məşğul olan
"Make Room" fondunun rəhbəri Miks Tselminış vəziyyəti belə şərh
edir:
"Latviyada həyat səviyyəsi kifayət qədər
yüksəkdir. Eyni zamanda, kirayə və gündəlik xərclər Avropanın digər
ölkələri ilə müqayisədə xeyli ucuzdur. Təhsil haqları da
münasibdir. Doğrudur, burada Almaniyadakı qədər xarici tələbə
yoxdur, amma Almaniyada tələbələrin universitetdən xaric edilməsi
prosesi də xeyli sərtdir".
Siyasətçilər nə deyir? Qorxular və təkliflər
Amma Latviyanın siyasi elitasında miqrasiya dalğasına qarşı
narazılıq artmaqdadır. Hazırda həm ölkə hökumətində, həm də Riqa
şəhər dumasında təmsil olunan sağ-mühafizəkar "Milli Birlik"
(Nacionālā apvienība) partiyası Avropa İttifaqından kənar
ölkələrdən gələn miqrasiyanı dayandırmağı əsas hədəf seçib.
Yeni daxili işlər naziri, məhz bu partiyanın nümayəndəsi olan Yanis
Dombrava vəzifəsinə başlayarkən sosial şəbəkədə sərt bəyanat yayıb:
"Rusiya, immiqrantlar, mütəşəkkil cinayətkarlıq və
iqtisadi qruplaşmalar mənə nifrət edəcəklər".
Dombrava miqrasiyanı ölkə üçün ciddi təhlükə hesab edir. Onun
sözlərinə görə, bu, Rusiyanın mümkün hərbi təcavüzündən sonra
ikinci ən böyük təhdiddir.
"Biz dünyanın digər
regionlarından gələn insanların addım-addım bizi əvəz etməsinə
özümüz şərait yaradırıq", – nazir bildirib.
"Milli Birlik" rəsmiləri ölkəyə kütləvi şəkildə rusdilli
miqrantların və yerli mədəniyyətə "yad" hesab etdikləri din
daşıyıcılarının gəlməsindən narahatdırlar. Onlar xarici tələbə
qəbulunu sərtləşdirməyi təklif edir və qonşu Litvanı nümunə
göstərirlər. Onların fikrincə, Litva özünə mədəni baxımdan daha
yaxın olan ölkələrdən işçi cəlb edir.
"Məncə, biz Şərqi Asiyaya, məsələn, Filippinə yönəlməliyik. Əgər
mütləq kənardan işçi gətirməliyiksə, qoy bu, İslamın və rus dilinin
hakim olduğu ölkələr olmasın", – partiyanın deputatı Yurqis
Klotinış bildirib. O, əlavə edib ki, filippinlilər ingilis dilini
də mükəmməl bilirlər.
Reydlər yoxsa inteqrasiya?
Miqrantların inteqrasiyası ilə məşğul olan təşkilatlar isə problemi
başqa tərəfdən görürlər. Onlar bəzi təhsil müəssisələrinin və
şirkətlərin sırf qazanc naminə miqrasiya qanunlarını pozduğunu
etiraf edirlər. Amma ekspertlərin fikrincə, siyasətçilər sistemi
islah etmək əvəzinə, polis reydləri keçirərək birbaşa miqrantların
özü ilə mübarizə aparırlar.
"Əgər kimsə burada təhsilini uğurla başa vurubsa, peşə sahibidirsə,
o, Latviyada qala bilər – xəstəxanada işləyər, öz biznesini qurar",
– M.Tselminış vurğulayır. "İşəgötürənlərimiz kənardan yeni işçi
axtarmaqdansa, artıq Latviyada bir neçə il keçirib dili öyrənən
xariciləri işə götürməsi və inteqrasiya etməsi çox daha doğru
olardı".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.