NYT: Xameneinin ölümündən sonra İranda nüfuz davası qızışıb
İranın ali rəhbəri Əli Xameneinin vəfatından sonra siyasi qüvvələr arasında yaranan açıq ixtilaflar ölkə rəhbərliyindəki daha dərin parçalanmadan xəbər verir. Bu barədə "The New York Times" qəzeti dörd yüksəkrütbəli iranlı məmura və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki təmsilçisinə istinadən yazır. Nəşrin məlumatına görə, müxtəlif siyasi qruplar yeni Ali rəhbər Müctəba Xameneiyə təsir göstərmək üçün gərgin mübarizə
aparırlar.

Məqalədə deyilir ki, əgər əvvəllər İranda əsas qarşıdurma mühafizəkarlar və islahatçılar arasında idisə, indi bu parçalanma mühafizəkarların öz düşərgəsinə də sirayət edib. "The New York Times"ın mənbələri iddia edir ki, hazırda üstünlük SEPAH-ın yüksəkrütbəli komandirləri, parlament sədri Məhəmməd Baqir Qalibaf, prezident Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədrin daxil olduğu daha praqmatik qrupun tərəfindədir. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, atəşkəsə nail olan və ABŞ ilə danışıqlara başlayan məhz bu qrupdur; sərt xətt tərəfdarları isə Vaşinqtona hər hansı güzəştə gedilməsinin qəti əleyhinədirlər.

Nəşr onu da yazır ki, M.Xamenei İsrailin mümkün zərbəsindən ehtiyat etdiyi üçün atasının Tehrandakı dəfn mərasiminə qatılmayıb. Mənbələrin bildirdiyinə görə, aldığı xəsarətlərdən sonra o, ictimaiyyət arasında nadir hallarda görünür və bu da ölkənin yeni rəhbərliyi ətrafındakı qeyri-müəyyənliyi daha da artırır.

Öz növbəsində "The Washington Post" qəzeti diqqəti ona yönəldir ki, Ə.Xameneinin ölümü İran rəhbərliyini zəiflətməyib, əksinə, güc strukturlarının, xüsusən də SEPAH təmsilçilərinin nüfuzunun artmasına səbəb olub. Qəzetin məlumatına görə, bu fonda prezident Pezeşkian və Xarici işlər naziri Abbas Əraqçi da daxil olmaqla, mülki siyasətçilər arxa plana keçiblər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google