Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə
yollanıb. Səfər çərçivəsində onun Yekaterinburqda rusiyalı həmkarı
Mixail Mişustinlə görüşü planlaşdırılır.
Ermənistan hökumətinin məlumatına görə, baş nazir Yekaterinburqda
təşkil olunan "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi
çərçivəsində "Sənaye 360. Sərhədsiz istehsal" mövzusundakı plenar
iclasda iştirak edəcək.
İyulun əvvəlində Ermənistan tərəfinin təşəbbüsü ilə Paşinyan və
Mişustin arasında telefon danışığı olub. Danışığın yekunlarına dair
tərəflərin yaydığı eyniməzmunlu bəyanatda iki ölkə arasında
ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə
əməkdaşlığın müzakirə olunduğu bildirilib.
Bu danışıq Rusiyanın Ermənistan mallarının idxalına tətbiq etdiyi
məhdudiyyətlər və tərəflər arasında yaşanan siyasi gərginlik
fonunda reallaşıb.
Paşinyan və Mişustin arasında sonuncu görüş 2025-ci ilin yayında
Altayda keçirilən beynəlxalq ekoloji konfrans çərçivəsində baş
tutub.
29 may
Rusiya və müttəfiqlərindən Ermənistana referendum ultimatumu: 'Ya
Aİ, ya Aİİ'
Avrasiya İqtisadi İttifaqının (Aİİ) dörd ölkəsinin liderləri
Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) ilə
yaxınlaşma siyasətinə qarşı birgə bəyanat yayaraq Yerevanı
birmənalı seçim etməyə çağırıb.
Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının
yekunlarına dair sənəddə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan
Ermənistanın gələcək geosiyasi xəttini müəyyənləşdirmək üçün
ümumxalq referendumunun keçirilməsini tələb edir.
Sənəddə Ermənistanın Aİ-yə üzvlük hazırlığının "Aİİ dövlətlərinin
iqtisadi təhlükəsizliyi üçün ciddi risklər" yaratdığı vurğulanır.
Bəyanat müəlliflərinə görə, Yerevanın avrointeqrasiya istiqamətində
atacağı növbəti addımlar ittifaq ölkələrinin iqtisadi maraqlarına
birbaşa zərbə vura bilər.
Putinin Ukrayna müqayisəsi və xəbərdarlığı
Astana sammitinin yekunlarına dair mətbuat konfransında Vladimir
Putin Ermənistandakı mövcud vəziyyəti Ukrayna böhranı ilə müqayisə
edib.
"Mən artıq bunu qeyd etmişdim. Ukraynadakı böhran
vaxtilə bu ölkənin Aİ-yə qoşulmaq cəhdləri ilə başladı. Biz buna
qarşı deyildik", – deyə Rusiya lideri vurğulayıb.
2025-ci ilin yazında Ermənistan parlamenti Aİ-yə qoşulma prosesinin
başlanması haqqında qanun qəbul edib. Astanadakı mətbuat
konfransında Putin bildirib ki, Yerevan Aİ standartlarına keçidə
başlasa, Ermənistanın Avrasiya İttifaqına inteqrasiyası
dayandırılacaq.
Paşinyanın balans siyasəti
Ermənistanın baş naziri hələ ki, bu çağırışlara birbaşa cavab
verməyib. Amma o, əvvəlki çıxışlarında rəsmi Yerevanın həm Aİ, həm
də Aİİ ölkələri ilə münasibətləri paralel şəkildə inkişaf etdirməyə
çalışdığını dəfələrlə diqqətə çatdırıb. Paşinyan etiraf edib ki,
əgər bu tarazlığı qorumaq mümkün olmasa, son seçimi referendum
vasitəsilə birbaşa Ermənistan xalqı etməlidir. Bununla belə, o,
indiki mərhələdə Aİİ-dən çıxış məsələsinin səsverməyə
çıxarılmasının əleyhinə olduğunu bildirib.
Yerevanın Qərblə yaxınlaşma kursu Ermənistanla Rusiya arasında
münasibətlərdə kəskin gərginliyə yol açıb. Moskva Ermənistan
rəhbərliyini qərbpərəst siyasətinə görə mütəmadi olaraq tənqid
edir. Rusiyanın müvafiq qurumları isə Ermənistandan gələn bir sıra
məhsulların idxalına birtərəfli qadağalar qoyur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.