İranın yeni Ali rəhbəri Müctəba Xamenei iyulun 5-də atasının və
sələfinin keçirilən dəfn mərasiminə qatılmayıb.
Əli Xamenei Yaxın Şərq müharibəsinin əvvəlində ABŞ və İsrailin
birgə zərbələri nəticəsində həlak olub. Bu dəfn mərasimi isə onun
ölümündən dörd aydan çox vaxt keçdikdən sonra təşkil edilib.
Mərasimdə cənazə namazına İranın ən nüfuzlu şiə din xadimlərindən
biri, Böyük Ayətullah Cəfər Sübhani rəhbərlik edib.
Atasının ölümündən dərhal sonra ölkənin yeni rəhbəri elan edilən və
İran mediasında "
Ayətullah" kimi təqdim olunan M.Xameneinin
mərasimdə görünməməsi diqqət çəkib. Halbuki rəsmi ənənəyə görə, hər
bir yeni xələf öz sələfinin cənazə namazına şəxsən rəhbərlik
etməlidir. Analitiklər bu dini ritualları həm də yeni liderin
legitimliyinin əsas təsdiqi kimi görürlər.
Fevralın 28-də atasının ölümü ilə nəticələnən həmin hava hücumunda
M.Xameneinin də ağır yaralandığı bildirilir. O, həmin vaxtdan bəri
ictimaiyyət qarşısına çıxmayıb və ötən aylar ərzində onun iştirakı
ilə heç bir səs və ya video yazı yayımlanmayıb. Bu sirli sükut onun
səhhəti və dövləti idarə etmək qabiliyyəti ilə bağlı ciddi suallar
doğurur.
İran hakimiyyətinin bu addımı rəsmən təhlükəsizlik mülahizələri ilə
əsaslandıracağı gözlənilir. Amma dəfndə İslam Respublikasının,
demək olar ki, bütün rəhbər heyətinin iştirakı göstərir ki, İsrail
və ya ABŞ-nin mümkün zərbə təhlükəsinə baxmayaraq, Tehran
təhlükəsizlik tədbirlərinə tam əmin olub.
Mərasimə ölkənin üç hakimiyyət qolunun rəhbərləri, İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı və qurumun xarici
əməliyyatlara baxan "Qüds" qanadının yüksəkrütbəli zabitləri
qatılıb.
Donald Tramp iyulun 3-də deyib ki, ABŞ çərçivə sülh sazişinin
tətbiqi ilə bağlı İranla dolayı danışıqları bərpa etməzdən öncə
dəfn mərasimi üçün Tehrana bir həftə vaxt verib.
Ə.Xameneinin müharibə başlayandan bəri kölgədə qalan digər üç oğlu
– Mustafa, Məsud və Meysəm isə iyulun 5-də atasının tabutu başında
dayanıblar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.