'İdmandan yaxşı başım çıxır' – Tramp İnfantino ilə danışığını təsdiqlədi
ABŞ prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni Infantino ilə danışdığını təsdiqləyib. Ağ ev rəhbəri Infantino ilə söhbətində Dünya Çempionatında qırmızı vərəqə alan amerikalı futbolçu Folarin Baloqunun növbəti oyunluq cəzasının ləğvini xahiş edib.

Vaşinqtonda jurnalistlərə açıqlama verən Tramp bu söhbətdə hər hansı qanunsuzluq görmədiyini bildirib. O, Baloqunun Bosniya və Herseqovina ilə matçda meydandan qovulması
ilə nəticələnən qayda pozuntusunun təsadüfi olduğunu və cəzanın ləğvinin vacibliyini qeyd edib. Bununla belə, ABŞ prezidenti FIFA-nın diskvalifikasiyanı təxirə salmaq qərarını tamamilə müstəqil verdiyini vurğulayıb: "Mən onlara nə edəcəklərini diktə edə bilmərəm. Qərarı komissiya qəbul edib və bu, çox doğru addım idi".

İdmandan yaxşı başı çıxdığını deyən Tramp amerikalı oyunçunun qaydanı qəsdən pozmadığına əmindir: "Hər iki oğlan tam sürətlə qaçırdı və təsadüfən toqquşdular". Prezident həmçinin əvvəlcə qırmızı vərəqənin təkcə meydandan qovulmaq deyil, həm də növbəti oyunu buraxmaq mənasına gəldiyini bilmədiyini də etiraf edib.


Tramp zəng etdi – Baloqunun qırmızı vərəqəsi ləğv olundu

FIFA amerikalı hücumçu Folarin Baloqunun qırmızı vərəqə almasına baxmayaraq, onun bu gün Belçika ilə oyunda meydana çıxmasına icazə verməklə "qırmızı xətti keçib". Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) bəyanatında bildirilir.

24 yaşlı hücumçu Bosniya və Herseqovina yığmasının müdafiəçisi Tarik Muxameroviçin ayağına təpik vurduğuna görə qırmızı vərəqə almışdı. Qaydalara əsasən, o, ən azı bir oyunu buraxmalı idi. Amma FIFA-nın İntizam Komitəsi dünən gözlənilməz qərar verərək bu diskvalifikasiyanı birillik şərti cəza ilə əvəzləyib.

Bundan əvvəl mətbuatda ABŞ prezidentinin FIFA-nın rəhbəri Canni İnfantino ilə telefon danışığı apardığı və amerikalı hücumçunun cəzasına yenidən baxılmasını xahiş etdiyi barədə məlumatlar yayılmışdı. Qərardan dərhal sonra Donald Tramp "Truth Social" platformasında yazıb: "FIFA-ya bu aşkar haqsızlığı düzəltdiyi üçün təşəkkür edirəm".

Belçika Kral Futbol Assosiasiyası (RBFA) bu addımın turnir reqlamentinə tamamilə zidd olduğunu vurğulayıb. Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf isə bildirib ki, FIFA bu qərarın ABŞ prezidentinin müdaxiləsi ilə qəbul edilməsi barədə iddialara dərhal aydınlıq gətirməlidir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google