ABŞ ordusu İrana yeni zərbələr endirib
ABŞ ordusu prezident Donald Trampın Tehranla atəşkəs razılaşmasının bitdiyini elan etməsindən cəmi bir neçə saat sonra İrana yeni hava zərbələri endirib.

Türkiyədəki NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp bildirib ki, İrana sarsıdıcı zərbə vurublar: "Zərbələrin nisbəti 20-yə 1 idi. Onların hər bir hücumuna 20 zərbə ilə cavab verəcəyik və ötən gecə də bunu etdik".

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, hava zərbələri nəticəsində İran sahillərindəki 90-a yaxın hərbi obyekt – o cümlədən hava hücumundan müdafiə sistemləri, raket və PUA anbarları – sıradan çıxarılıb.

Qalibaf: "Vursanız, vurulacaqsınız"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində yazıb ki, "Hörmüz boğazı Vaşinqtonun hədələri ilə yox, Tehranın göstərişi ilə açılacaq". Qalibaf əlavə edib ki, Vaşinqton hələ də anlamır: qorxutmağın və vədə xilaf çıxmağın bədəli var.

"Vursanız, vurulacaqsınız", – spiker xəbərdarlıq edib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) artıq qonşu Bəhreyn və Küveytdəki iki hərbi bazaya zərbə endirdiyini açıqlayıb. SEPAH həmçinin bildirib ki, Amerika tərəfi hücumları dayandırmasa, zərbə zonasını genişləndirəcəklər.

Gecə baş verən toqquşmalardan sonra neft yenidən bahalaşıb. "Brent" markalı neftin qiyməti 1.1 faiz artaraq bir barel üçün 78,22 dollar olub.

ABŞ-İran münaqişəsində son gərginlik iyulun 7-də başlayıb. Həmin gün ABŞ Tehranı qlobal tədarükün əsas marşrutu olan Hörmüz boğazında ticarət gəmilərinə hücum etməkdə günahlandıraraq İranın 80 hərbi obyektinə zərbələr endirib. İran isə buna cavab olaraq ABŞ-nin Küveyt və Bəhreyndəki hədəflərini vurub.
Tramp: ABŞ-İran atəşkəsi bitdi, Tehranla danışıqlar vaxt itkisidir
Prezident Donald Tramp bildirib ki, onun fikrincə, ABŞ ilə İran arasında atəşkəs rejimi artıq qüvvədə deyil. O, bu barədə Ankaradakı NATO sammitində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Məncə, hər şey bitdi. Artıq onlarla heç bir iş görmək istəmirəm", –Tramp vurğulayıb. Onun sözlərinə görə, hazırkı durumu hələ amerikalı danışıqçılarla gözdən keçirəcək, amma Tehranla danışıqları davam etdirməyi "vaxt itkisi" sayır.

Prezident həmçinin əlavə edib ki, Amerika ordusu iyulun 8-nə keçən gecə İran ərazisinə "çox güclü zərbələr" endirib: "Biz onlara dedik ki, "gedin, öz dəfn işlərinizlə məşğul olun", onlar isə bunun əvəzinə dünən gəmiləri atəşə tutmağa başladılar. Buna görə də ötən gecə onlara çox ağır zərbə vurduq".

İyunun ortalarında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, 60 günlük atəşkəs elan edilməli və yekun sülh sazişinin bağlanması ilə bağlı danışıqlara başlanmalı idi.

ABŞ İrana zərbələr endirdi, Tehran Küveyt və Bəhreynə raketlər atdı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 7-də Amerika hərbçilərinin İrana zərbələr endirdiyini bəyan edib. Açıqlamada bu addımın İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə etdiyi son hücumlara cavab olduğu bildirilir.

Komandanlığın press-relizində yüksək dəqiqlikli silahlarla İranda 80 hədəfin vurulduğu qeyd olunur. Həmin obyektlər arasında hava hücumundan müdafiə sistemləri, idarəetmə və rabitə şəbəkələri, sahilyanı radiolokasiya məntəqələri, gəmiəleyhinə raket kompleksləri və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik kater var.

ABŞ Prezidenti Donald Tramp İrandakı obyektlərə hücumu əks etdirən video paylaşsa da, zərbələrin dəqiq haraya və hansı hədəflərə endirildiyi açıqlanmır.
İran ordusu bu addıma Küveyt və Bəhreynə zərbələr endirməklə cavab verib. SEPAH-ın məlumatına görə, raket və dron hücumları ilə ABŞ-nin 85 hərbi obyekti vurulub, həmçinin Amerikanın "MQ-9 Reaper" PUA-sı məhv edilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 



Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.





Print Email
FaceBook Twitter Google