Dalğalar Qara Dənizin Rumıniya sahillərinə külli miqdarda kokain çıxarıb
12:09 / 08.04.2019
Rumıniya hüquq mühafizəçiləri Qara
Dəniz sahillərində irimiqyaslı axtarış aparırlar.
Polis artıq burada bir neçə
bağlama kokain aşkarlayıb ki, bunun da çəkisi 130 kq-dan artıqdır.
Axtarış əməliyyatlarına 300 hüquq mühafizəçisi və 14 sahil mühafizə
gəmisi qoşulub. Bu barədə məlumatı BBC yayır.
Polis əhalini hər hansı bir bağlama tapdığı təqdirdə hüquq
mühafizəçilərinə müraciət etməyə və özlərində saxlamamağa
çağırıb.
Dalğaların sahilə çıxardığı kokainin iki həftə əvvəl tərk edilmiş
gəmidən gəldiyi güman olunur. Qeyd edək ki, həmin gəmidə 1 tona
qədər kokain aşkarlanmışdı. Hadisə ilə bağlı iki Serbiya vətəndaşı
saxlanılıb.
Bu Rumıniyada külli miqdarda narkotik vasitənin aşkarlandığı ilk
hadisədir. BBC-nin məlumatına görə, bu marşrutdan Cənubi Amerikadan
Avropaya narkotik vasitələrin daşınması üçün fəal şəkildə istifadə
olunur.