Misirdə bombalı hücum, ölənlər var
Misirin Sina yarımadasında həyata keçirilən
iki ayrı bombalı hücum nəticəsində 8 adam ölüb 27 nəfər
yaralanıb.
Misirin Daxili İşlər Nazirliyinin məlumatına görə, bombalı
hücumların ilkində Sina yarımadasının Şeyx Zuveyd şəhərində bir
bazar hədifə götürülüb. Hücum nəticəsində 4-ü polis əməkdaşı
olmaqla 7 nəfər həyatını itirib, 26 adam yaralanıb. Refah şəhərində
həyata keçirilən bombalı hücumda isə bir əsgər ölüb, biri də
yaralanıb.
Hücumların Misir Prezidenti Abdulfəttah əl-Sisinin ABŞ-na səfərinin
davam etdiyi dövrdə törədildiyinə diqqət çəkilir.
Mənbə: trt.net.tr