Ukrayna MSK: Zelenski prezident seçkilərində qalib gəlib
Ukraynada keçirilən prezident seçkilərində protokolların 90,25%-i sayılıb.

"Marneuli" Radiosu ONA-ya istinadən xəbər verir ki, nəticələrə əsasən, Vladimir Zelenski 73,18% səs toplayıb.

Onun rəqibi, hazırkı prezident Pyotr Poroşenko isə seçicilərin 24.49%-nin səsini ala bilib.

Ukrayna Mərkəzi Seçki Komissiyası yekun nəticələrin aprelin 30-da elan edilə biləcəyini açıqlayıb.
Print Email
FaceBook Twitter Google